Redaktor seçimi
    Kapitanın qızı: “Ata, sən mənim qəhrəmanımsan, günahkarı tapdın”
Xəbər lenti
Reklam
Niyə bəzi ölkələr TİKTOKU qadağan edir - İnsanın beynini iflic edir

Çinin yaratdığı TikTok platforması bu ölkənin özündə ciddi qadağa altındadır. Çin öz uşaqlarını bu platformadan qoruyur.
Məsələn, böyüklər gecə 22:00-dan səhərə kimi TikTok-a girə bilmir. Bu müddətdə beyin dincəlməlidir və istənilən sosial şəbəkə zərərlidir. Çin də bunu gözəl anlayır.

Gecə yarıya kimi TikTok-da vurnuxan insanın gündüz normal iş qabiliyyətinin olması mümkün deyil.

Çin hökuməti uşaq və yeniyetmələrin TikTok-a girməsinə birbaşa nəzarət edir və 15 yaşdan aşağı uşaqların gündə cəmi 40-45 dəqiqə bu platformaya çıxışı var.

Hindistanda isə TikTok ümumiyyətlə, açılmayıb.

Pakistan, Dubay, Səudiyyə Ərəbistanı, böyük müsəlman dövlətləri, eləcə də Yaponiyada TikTok-a ancaq xüsusi VPN vasitəsilə daxil olmaq mümkündür.
Dünyanın bir çox alimləri də artıq TikTok-la bağlı narahatlıqlarını bildirir.
TikTok-a baxanda insanın gözü qarşısında 15 saniyənin içində bir neçə hətta 10 şəkil görüntü dəyişir. Dəyişən şəkillər və görüntülərə baxdıqca insanın emosiyaları da dəyişir.
Sürətlə dəyişən emosiyalar beyinin sağ yarımkürəsini iflic hala gətirir. Beyin nəyi, necə qavrayacağını çatdıra bilmir. Bu səbəbdən beyində neyronlar arasında əlaqəsiz rabitəsizlik başlayır.

Bir dəqiqə ərzində çoxsaylı görüntüyə baxan insanda "klip düşüncə" psixoloji halı formalaşır.

Çində 3500 məktəbli arasında aparılan tədqiqat göstərib ki, “klip düşüncə”yə malik uşaqlarda riyaziyyatda geriləmə, stress, əsəb, yuxu pozğunluğu, yaşına uyğun olmayan gerilik, düşüncə əskikliyi yaranıb.
Bundan qorxuya düşən alimlər ümumiyyətlə, uşaqlara TikTok-un qadağan olunmasını irəli sürüblər.

Onlar hesab edir ki, azyaşlı uşaqların beyni və düşüncəsi hələ formalaşma ərəfəsində olduğu üçün TikTok-un təsiri fəciəvi olacaq. \\Bakupost.az 

Tarix: 07 iyul 2022
Baxış: 394

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş