Redaktor seçimi
    Ağdamda tikilən evlərin FOTOLARI
Xəbər lenti
Reklam
Əsgərlərimiz o qədər qorxur ki, bu ərazini minalayır - Qriqoryan

Erməni əsgərlər Zəngəzur mahalında yerləşən Xəzinəvar kəndini qoruya bilmədiklərindən öz nəzarətləri altında olan əraziləri minalamaq qərarına gəlib.

Bu fikirləri Gorus rayonunun Tex kənd icmasının keçmiş başçısı Varo Qriqoryan bildirib.

“Bizim əsgərlər Azərbaycan Ordusundan o qədər qorxur ki, nəzarət etdikləri əraziləri minalamaq qərarına gəliblər. Belə bir fikir normal insanın ağlına necə gələ bilər? 10 gündür 1 kilometrdən artıq ərazi minalanıb, özü də kənd camaatının bundan xəbəri olmadan. Təsəvvürünüzə gətirin ki, dünən minaya kənd sakininin atı düşüb parça-parça oldu. Yalnız ondan sonra bizə məlumat verildi ki, bu ərazilər minalanıb”, - deyə o qeyd edib. \\Axar
Tarix: 06 iyul 2022
Baxış: 340

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş