Xəbər lenti
Reklam
"Kişinin xanımı qaçmaz sənin kimilərdən..." - Alim Qasımovdan müğənni Kərimə REAKSİYA - FOTO

Müğənni Kərim Abbasovun boşanan qadınlarla bağlı dediyi qalmaqallı sözlərə Xalq artisti Alim Qasımov özünəməxsus reaksiya verib.
Xanəndə sosial şəbəkədə Kərimin videosuna şərh yazıb.
"Sənin canın üçün kişinin xanımı qaçmaz sənin kimilərdən..." - Alim Qasımov şərhdə qeyd edib.
Qeyd edək ki, Kərim "Kişi gedib ikinci dəfə evlənəcək, ay yazıq qadın, sən nə edəcəksən? Gedib boşanacaqsan, uşaqla qalacaqsan evin bir küçündə. Bəlkə ərə gedəcəksən, o da bilinmir, uşaqla kimdir səni alan? Ya da aliment alacaqsan, oturacaqsan evdə tək. Boşandın, bitdi" - sözlərinə görə sosial şəbəkələrdə xeyli tənqid olunmuşdu.

Məqaləyə dair fotomateriallar:

 
 
Milli.Az
Tarix: 05 iyul 2022
Baxış: 622

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş