Redaktor seçimi
    Kapitanın qızı: “Ata, sən mənim qəhrəmanımsan, günahkarı tapdın”
Xəbər lenti
Reklam
Özbəkistan çalxalanır: ““Beşinci kolon”a artıq əmr gəlib”

Özbəkistanın tərkibində olan Qaraqalpaqıstan Respublikasının sakinləri regionu mövcud suverenliyindən məhrum edəcək əlavə və dəyişikliklərə qarşı mitinqə çıxıblar. 
Ölkə konstitusiyasına edilən əlavə və dəyişikliklər bu etirazlara səbəb olub. Dəyişikliklərlə ölkənin əsas qanununun 70-75-ci maddələrinə edilən düzəlişlər regionunun suverenliyini və Özbəkistandan ayrılmaq hüququnu itirməsi ilə nəticələnir.
Maraqlıdır, Özbəkistandakı "beşinci kolon"a əmr gəlib? Özbəkistanda Qazaxıstan hadisələri təkrarlana bilər?
Özbəkistanı da Qazaxıstanın taleyi gözləyirmi?
Bununla bağlı Cebhe.info-ya açıqlama verən politoloq Yeganə Hacıyeva bildirib ki, Qaraqalpaqıstan hər zaman Özbəkistanın daxilində konflikt ocağı olub:


"Qaraqalpaqıstan Respublikasının bu gün Özbəkistan dövləti üçün xüsusi bir problem yaradacağını düşünmürəm. Amma bundan istifadə cəhdləri mövcuddur.
Ümumiyyətlə, baş verən proseslərdə Özbəkistanın ərazi bütövlüyünə qarşı müəyyən işartılar var. 
Amma dövlət olaraq Özbəkistan özü kifayət qədər həssas bir regionda yerləşdiyi üçün bu qruplaşmalardan istifadə cəhdləri olacaq. Buna baxmayaraq, onların fəaliyyətinin uğurlu olacağını hesab etmirəm. Yəni Qaraqalpaqıstan Respublikasının Özbəkistandan ayrılması və müstəqil olması gözlənilmir.
Etnik konfiktlərin bir dövlətin bütövlüyünü dağılması üçün bir neçə daxili və ən əsası xarici güclərə əsaslanan fundamental əsasları olmalıdır. Baş verənlər onu göstərir ki, Özbəkistandakı "5-ci kolon"a əmr verilib. Konkret olaraq, Özbəkistanda baş verən bu proseslərin əmri birbaşa olaraq Moskvadan gəlib".
Yeganə Hacıyeva hesab edir ki, Özbəkistandakı hadisələrin Qazaxıstanda baş verənlərlə bir əlaqəsi var:
"Mərkəzi Asiya, Cənubi Qafqaz və Yaxın şərq regionlarını birləşdirən bir zolaqda yeni nüfuz transformasiyası gedir və bu prosesdə Mərkəzi Asiyanın vacib ölkələri Qazaxıstan və Özbəkistan türk kimliyindən doğan ümumi ideloji bir əsaslarla çıxış edir. Baş verənlərə "türk zolağı" adlandırdığımız yeni transformasiyanın qarşısı Mərkəzi Asiyada alınmağa çalışılır. Yəni bu hadisələr türkdilli dövlətlərin birliyi ideyasını sabotaj etmək istiqamətində mane olmaq üçün həyata keçirilir.
Amma Qazaxıstan və Özbəkistanda baş verənləri ancaq Rusiya ilə ABŞ-ın etdiyini də deyə bilmərik. Çünki burada ortaq, müştərək bir oyun var. Yeni formalaşan bu geosiyasi şərtlərin qarşısını almaqla köhnə şərtlərin aktuallağını qorumaq istiqamətində fəaliyyət aparılır. Üstəlik, Özbəkistandakı hadisələrin Qazaxıstandakı hadisələr kimi böyüməsi və KTMT qoşunlarının ölkəyə daxil olmasına qədər böyüyəcəyini düşünmürəm. Çünki indiki şəraitdə Rusiyaya yeni bir müharibə ocağı lazım deyil. Amma bu proseslərdə iştirak etmək və onların qarşısını almaq Rusiya üçün həyati dərəcədə vacibdir".
Politoloq xatırladıb ki, SSRİ dövründə də Özbəkistanın daxilində etnik toqquşmalar yaşanıb:
"Bunun nəticəsində isə çoxsaylı insan itkiləri olub. Həmişə etnik müxtəliflikdən doğan bu böhranlı vəziyyətlər SSRİ xüsusi xidmət orqanları tərəfindən həyata keçirilirdi. Çünki Özbəkistan istər insan, istərsə də resurs potensialına görə SSRİ-nin ən varlı dövlətlərindən biri idi".

Elmir

Tarix: 02 iyul 2022
Baxış: 403

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş