Redaktor seçimi
    Kapitanın qızı: “Ata, sən mənim qəhrəmanımsan, günahkarı tapdın”
Xəbər lenti
Reklam
“Ordumuz gücümüzdür” adlı Silahlı Qüvvələrin 104 illiyinə həsr edilmiş tədbir keçirildi

29 iyun Bakı Gənclər mərkəzində Dünya Ana və Uşaqlar İB-nin və Bakı Gənclər mərkəzinin təşkilatçılığı və daim Şəhid Qazi ailələrinin yanında olan General Hilal Nəcəfovun dəstəyi ilə Silahlı qüvvələrin 104 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir mərkəzin girişindən rəsm sərgisi ilə başlayıb .Qonaqlar tar, kamanın müşaiyəti ilə gənc xanəndə Sevinc Şuşalının ifaları altında zala daxil olublar. Tədbirdə Azərbaycan Dövlət himni səsləndirilib və şəhidlər bir dəqiqqəlik sükütla anılıb.Aparıcı Şəbnəm Turan Silahlı qüvvələrin yaranma tarixindən qonaqlara məlumat verdikdən sonra sözü tədbirə ev sahibliyi edən Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayevaya verib. Nərgiz xanım gənclərin vətənpərvər böyüməsi yolunda görülən işlərdən danışıb və böyük ekranda ordumuzun 44gündə imza atdığı zəfərin görüntüləri əksini tapıb.
Tədbirdə Millət vəkili Vüqar isgəndərov , Dövlət qulluqçusu Elvin Dadaşov, Veteranlar təşkilatı İctimai Birliyinin sədri, Azərbaycan Tank Taborunun ilk komandiri
Hacı Azimov çıxış edib. Tədbirdə iştirak edən şəhid analarından
Şəhid kəşfiyyatçı Nadir Rzayevin anası Aynur xanım çıxışında şəhid ailələri adından tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. Tədbirdə Beynəlmiləl Əlil döyüşçülər fondunun vitse-prezidenti döyüşçü ,qazi ,Zəngilan rayon şöbəsinin sədri Ənvər Qarayev, Sabunçu rayon şöbəsinin sədr müavini döyüşçü, qazi Elşən Ələkbərov və qazi ,döyüşçü Polkovnik Elşən Məhərrəmov, Qazilər Vətən Müharibəsi İştirakçılarına və Ailələrinə Sosial Dəstək İB-nin sədri Ceyhun Ağayev . Qazi Elvin Rəsulov ,Cavid Hüseynov Qazi Vidadi Əliyev ,Ülfət Həsənov və bir çox vətən müharibəsi qazisi və şəhid ailələri iştirak edib.
Bundan başqa Şəhid mayor Kərimov Talehin həyat yoldaşı Nəzakət xanım, Azərbaycan Vətənpərvərlər Partiyasının sədri Elvin Mahmudzadə,Şuşa, Çanaqqala, Şəhid ailələri və Qazilərə Dəstək İB-nin sədri Həsənova Pərvanə xanıma və Tədbirin təşkilində fəallıq göstərən reabilitoloq,Dünya Ana və Uşaqlar İB-nin müavini Afaq Yaqubova da çıxış edib.
Tədbirin bədii hissəsində Xalq artisti Könül Xasıyeva ,Əməkdar artist İnara Babayeva ,gənc müğənni Şəbnəm Turan ,Əli Əzizoğlu və Sevinc Şuşalı vətənpərvər ruhda musiqilər ifa edib məktəblilər şeirlər səsləndiriblər. Sonra vətənpərvər gənclərə Xəbərtime.az saytının rəhbəri Yeganə Telmanqızı Fəxri Diplom təqdim edib . Sonda isə Dünya Ana və Uşaqlar İB-nin sədri Dünya xanım Əliyeva qonaqlara öz dərin təşəkkürünu bildirib. Tədbirə ev sahibliyi edən Bakı Gənclər mərkəzinin direktoru Nərgiz Babayevaya və tədbirə dəstək göstərən General Hilal Nəcəfova şəxsi minnətdarlığını bildirib.
Bu cür maarifləndirici tədbirləri davamlı olaraq cəbhə bölgələrində ,rayonlarda da keçiriləcəyini nəzərdə tutulduğunu söyləyib. Tədbirin sonunda qonaqlar xatirə şəkilləri çəkdirib.
Tarix: 01 iyul 2022
Baxış: 392

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş