Redaktor seçimi
    Axşam bütün Ermənistan AzTv-yə baxacaq – Etiraf kadrları
Xəbər lenti
Reklam
Bakcell abunəçiləri üçün onlayn qaydada eSIM almaq imkanı
Bakcell abunəçiləri eSIM əldə etmək üçün artıq onlayn qaydada müraciət edə biləcəklər. Bir müddət əvvəl Azərbaycanda ilk dəfə olaraq eSIM texnologiyasını tətbiq edən Bakcell bununla bağlı daha bir yenilik edib.

Mobil nömrəsi hazırda aktiv olan abunəçi esim.bakcell.com səhifəsinə daxil olub istifadəsindəki mövcud Bakcell nömrəsini, əldə etmək istədiyi yeni mobil nömrəni (eSIM), ad və soyadını, şəxsiyyət vəsiqəsinin nömrəsini və müvafiq FİN kodunu qeyd etməlidir. Bu zaman ekranda əks olunan xüsusi QR kodu skan etməklə yeni eSIM virtual nömrəni əldə etmək mümkündür.



Smartfonun eSIM texnologiyasını dəstəkləməsini yoxlamaq və xidmət barədə daha ətraflı məlumat almaq üçün esim.bakcell.com səhifəsinə keçmək lazımdır.


Azərbaycanda ilk dəfə olaraq Bakcell tərəfindən istifadəyə verilmiş eSIM sayəsində plastik SIM karta ehtiyac qalmır. Yeni nəsil SIM texnologiyası olan eSIM Bakcell abunəçilərinə mobil şəbəkəyə qoşulmaq və rabitə xidmətlərindən istifadəni xeyli sadələşdirən yeni imkanlar yaradır. eSIM vasitəsilə tək SIM kartlı smartfonlarda bir neçə nömrədən istifadə etmək mümkündür.


Tarix: 30 iyun 2022
Baxış: 9390

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş