Doğum evini bombalamağı o əmr edib: Putinin Suriyanı da dağıdan sevimli generalı
Donetsk vilayətinin Mariupol şəhərinin blokadasına Putin ordusunun general-polkovniki Mixail Mizintsev rəhbərlik edir. Məhz o, rus hərbçilərinə dram teatrına bomba atmaq, şəhərin həmin an dinc əhalinin yerləşdiyi doğum evlərini bombalamaq əmrini vermişdi.
Bu barədə Telegram-da Ukrayna Daxili İşlər Nazirliyinin rəhbərinin müşaviri Anton Geraşenko məlumat verib.
Geraşenko qeyd edib ki, Mizintsev Putinin sevimlisidir. Və əvvəllər o, Suriyadakı əməliyyata rəhbərlik edib.
Bildirilir ki, 2014-cü ildən Mixail Mizintsev Rusiya Federasiyasının milli müdafiəyə nəzarət mərkəzinin direktoru vəzifəsində çalışıb. 2017-ci ildə ona general-polkovnik rütbəsi verilib.
"Doğum evini, uşaq xəstəxanasını, dram teatrını, mülki əhalinin evlərini bombalamağı əmr edən o idi. Suriya şəhərlərini dağıtdığı kimi Mariupolu da o məhv edir", - Geraşenko vurğulayıb.
Xatırladaq ki, rus qoşunları artıq Mariupolda 3000-dən çox dinc sakini qətlə yetirib. Bəzi insanlar adsız kütləvi məzarlıqlarda dəfn edilir.
UNIAN həmçinin yazıb ki, İrpen, Mariupol və Çerniqov şəhərlərinin işğalçılar tərəfindən dağıdılmasının nəticələri kosmosdan göstərilib. \\Qaynarinfo