Xəbər lenti
Reklam
Bu il itirdiyimiz sənət adamları...

Artıq sabah yeni il qədəm qoyuruq. Geridə qalan il həm xoş, həm də kədərli günlərlə yadda qaldı.
2021-ci ildə sənət aləmində yaşanan itkiləri təqdim edirik:
Belə ki, yanvarın 4-də Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli 59 yaşında ürəktutmadan dünyasını dəyişib.
13 yanvar - Əməkdar artist İsmayıl Ələkbərov 81 yaşında koronavirusdan vəfat edib.
10 fevral - Əməkdar artist, aktyor Əlican Əzizov 69 yaşında vəfat edib.
22 fevral – Xalq artisti, müğənni Yalçın Rzazadə uzunsürən xəstəlikdən sonra 74 yaşında vəfat edib.
22 fevral - müğənni Xatun Əliyevanın stilist qardaşı Balaş dünyasını dəyişib.
10 mart - Xalq rəssamı Mirnadir Zeynalov 78 yaşında dünyasını dəyişib.
18 mart - aktyor Ramiz Hüseynzadə 42 yaşında beyin qansızmasından vəfat edib.
21 mart - Xalq artisti, aktyor Ramiz Məmmədov 69 yaşında xərçəng xəstəliyindən vəfat edib.
5 aprel – aktyor Fikrət Məmmədov 65 yaşında dünyasını dəyişib.
5 aprel – Xalq artisti, gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) uzunsürən xəstəlikdən sonra 76 yaşında dünyasını dəyişib.
8 aprel - Əməkdar incəsənət xadimi, Azərbaycan Televiziyasının rejissoru Məhərrəm Bədirzadə 76 yaşında dünyasını dəyişib.
12 aprel - Əməkdar mədəniyyət işçisi, "İRS" folklor ansamblının rəhbəri Sidqi Mustafayev 73 yaşında vəfat edib.
14 aprel - Azərbaycanın yeganə keçəçi-rəssamı Rauf İsmayılov 63 yaşında koronavirusdan vəfat edib.
14 aprel - qarmon ifaçısı Nəbi Məmmədov 31 yaşında koronavirusdan vəfat edib.
16 aprel – Xalq artisti, kinorejissor Eldar Quliyev 80 yaşında ürəktutmadan vəfat edib.
20 aprel - Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-dramaturq Ramiq Muxtar 78 yaşında vəfat edib.
21 aprel - aktyor Ələsgər Qurbanəliyev 73 yaşında koronavirusdan dünyasını dəyişib.
26 aprel – Əməkdar artist, müğənni Baloğlan Əşrəfov 69 yaşında koronavirusdan dünyasını dəyişib.
27 aprel - Əməkdar mədəniyyət işçisi, xanəndə Sərdar Əvəzoğlu 62 yaşında koronavirusdan vəfat edib.
4 may – müğənni Aslan Hüseynov 55 yaşında avtomobil qəzasında vəfat edib.
5 may – Xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi Fikrət Qoca 85 yaşında dünyasını dəyişib.
7 may – Xalq artisti, aktyor Arif Quliyev 70 yaşında koronavirusdan vəfat edib.
7 may – Xalq şairi Musa Yaqub 83 yaşında uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.
20 may - Əməkdar artist, rəqqas Qorxmaz Ağababaoğlu Qurbanov 80 yaşında vəfat edib.
21 may – Xalq rəssamı Tahir Salahov 92 yaşında Almaniyada vəfat edib.
28 may – Əməkdar artist, müğənni Zöhrə Abdullayeva 68 yaşında sklerodermiyadan dünyasını dəyişib.
29 may - Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Əziz Musa 70 yaşında vəfat edib.
2 iyun – aparıcı Şamil Familli ürəktutmadan dünyasını dəyişib.
2 iyun – Əməkdar artist, gitara ifaçısı Emil Həsənov 61 yaşında vəfat edib.
9 iyun – Xalq artisti, rejissor Ramiz Əzizbəyli 72 yaşında koronavirusdan vəfat edib.
12 iyun – aktyor Mehman Məmmədov uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.
22 iyun – kinorejissor, ssenarist Çingiz Rəsulzadə 49 yaşında dünyasını dəyişib.
19 iyul - Əməkdar mədəniyyət işçisi, Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrinin köməkçisi Zemfira Babayeva uzun sürən xəstəlikdən sonra 66 yaşında vəfat edib.
24 iyul – Xalq artisti, müğənni Səməd Səmədov 74 yaşında koronavirusdan vəfat edib.
14 avqust – Xalq artisti, aktyor Vaqif Əliyev 81 yaşında ürək çatışmazlığından dünyasını dəyişib.
19 avqust - gənc xanəndə Tuqay İsmayılov 35 yaşında vəfat edib.
30 avqust - Azərbaycanın və Rusiyanın Əməkdar artisti Mutay Xadulayev 80 yaşında koronavirusdan dünyasını dəyişib.
31 avqust - Azərbaycanın Əməkdar artisti, RSFSR-in Xalq artisti Tamilla Ağamirova 93 yaşında vəfat edib.
31 avqust - Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Əhməd Oğuz 59 yaşında vəfat edib.
3 sentyabr - Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktor müavini, Əməkdar mədəniyyət işçisi Nairə Sadıxova 57 yaşında koronavirusdan dünyasını dəyişib.
3 sentyabr - Xalq rəssamı, heykəltəraş Arif Qazıyev 84 yaşında vəfat edib.
14 sentyabr – Xalq artisti, müğənni Yaqub Zurufçu 65 yaşında koronavirusdan vəfat edib.
15 sentyabr - Əməkdar artist Çiçək Rzayeva 77 yaşında vəfat edib.
16 sentyabr - Əməkdar mədəniyyət işçisi, Naxçıvan Dövlət Filarmoniyasının estrada orkestrinin bədii rəhbəri və baş dirijoru Nizami Məmmədov 74 yaşında vəfat edib.
26 sentyabr - Əməkdar incəsənət xadimi, bəstəkar Adil Bəbirov 87 yaşında Kanadada dünyasını dəyişib.
27 sentyabr – Xalq artisti, əfsanəvi "Qaya" estrada-simfonik orkestrinin yaradıcısı və bədii rəhbəri Teymur Mirzəyev 85 yaşında İsraildə dünyasını dəyişib.
27 sentyabr - Əməkdar rəssam Zaur Kantemirov 79 yaşında koronavirusdan dünyasını dəyişib.
30 sentyabr – müğənni Səyyad Əlizadə 63 yaşında koronavirusdan vəfat edib.
5 oktyabr - Xalq artisti, rejissor Vaqif Şərifov 78 yaşında dünyasını dəyişib.
8 oktyabr – Xalq artisti, rejissor Ağakişi Kazımov 85 yaşında dünyasını dəyişib.
22 oktyabr – Xalq artisti, xanəndə Canəli Əkbərov 81 yaşında dünyasını dəyişib.
8 noyabr - rəssam Abbas Kazımov Rusiyanın Moskva şəhərində 65 yaşında koronavirusdan vəfat edib.
9 noyabr - Əməkdar artist, tarzən Firudin Ələkbərov 100 yaşında ürək çatışmazlığından vəfat edib.
13 noyabr – memar və rəssamı, "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenlərinin sahibi Rasim Əliyev 87 yaşında vəfat edib.
16 noyabr - Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanov 59 yaşında koronavirusdan dünyasını dəyişib.
19 noyabr - aparıcı, xalq təbabətinin bilicisi Fikrət Musayev 63 yaşında bağırsaq xərçəngindən dünyasını dəyişib.
26 noyabr - diktor Lyudmila Nəzərli koronavirusdan vəfat edib.
30 noyabr - nağara ifaçısı Gülağa Quliyev 63 yaşında dünyasını dəyişib.
18 dekabr - Naxçıvan MR-in Əməkdar artisti, aktyor Vüsal Rzayev 53 yaşında vəfat edib.
20 dekabr - Əməkdar artist, aktyor Elşən Çarhanlı 59 yaşında vəfat edib.
25 dekabr – mərhum Xalq artisti Eldəniz Zeynalovun aktyor oğlu Məmməd Zeynalov böyrək çatışmazlığı və ağciyər xərçəngi xəstəliklərindən vəfat edib.
27 dekabr - Əməkdar artist Zilli Namazov 70 yaşında dünyasını dəyişib.

Mənbə: Qafqazinfo

Tarix: 30 dekabr 2021
Baxış: 402

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş