Kişi xəyanət edirsə, özünü belə aparır - Psixoloqdan əlamətlər
Ailə psixoloqu Mişel Devani kişi xəyanətinin əlamətlərini açıqlayıb. O, bu barədə öz şəxsi bloqunda məlumat verib.
Devani izah edib ki, qadınlarda altıncı hissin olması heç də əfsanə deyil və onlar mütləq xəyanəti ifşa edəcəklər.
Psixoloqun sözlərinə görə, kişilərin xəyanət əlamətlərindən biri telefonu qorumaq istəyi ola bilər. Kəskin şəkildə həyat tərzini dəyişmək də xəyanətə dəlalət edə bilər.
Devani qeyd edib ki, adətən, aldadan şəxs hər şeydən şübhələnir və özünü aqressiv şəkildə qorumağa başlayır. Onun sözlərinə görə, kişinin tez-tez duşa getməsi və səbəbsiz hədiyyələr alması, unutqanlıq və sözlərində diqqətsizlik də xəyanətdən xəbər verə bilər. \\Medicina.az
Tarix: 29 noyabr 2021
Baxış: 175
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş