“Atasına lənət bu qədər qaz işlətmişəmsə!”
Xalq artisti Naibə Allahverdiyeva "Azəriqaz"dan şikayət edib.
Sənətçi bu barədə sosial media hesabında yazıb:
"Artıq bezdim! Dərdimizi kimə deyək görəsən? Belə biabırçılıq olmaz. 3 gün öncə 20 manat, ondan 2 gün öncə 10 manat, dünən səhər isə 10 manat qaza pul vururam, yenə bu səhər yuxudan donduğuma görə ayılmışam. Təsəvvür edirsiz, dünən tamaşamızın uğuru, alqışlar məni o qədər xoşbəxt etdi ki, o motivasiya ilə yuxuya getdim, sanki cənnətdə idim, birdən elə bil biri məni buz kimi suyun içinə atdı, ayıldım gördüm ev buz kimidir. Şikayət edirsən, deyirlər, limiti keçmisən, borcun var. Atasına lənət əgər mən bu qədər qaz işlətmişəmsə... Halbuki 1 ildir demək olar ki, rayonda olmuşam. Hamı şikayət edir, bunun bir sonu olacaq? Bəsdirin insanların cibinə girdiz! Eşidirsiz?!". \\Olay
Tarix: 29 noyabr 2021
Baxış: 213
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş