Bu ölkədə taksilərdə siqaret çəkmək QADAĞAN OLUNUR
Gürcüstanda “Tütün haqqında” qanuna ediləcək dəyişikliklərə əsasən, yaxın vaxtlarda taksilərdə siqaret çəkmək qadağan olunur.
Təklif olunan dəyişikliyin təşəbbüskarı deputatlar Dimitri Xundadze və Lado Kaxadzedir.
Təşəbbüs əsasında yetkinlik yaşına çatmayanları daşıyan avtomobillərdə siqaret çəkmək qadağan ediləcək. Bu qaydanı pozanlar 200 lariyə qədər cərimələnəcəklər. Sürücü isə avtomobildə siqaret çəkməyə görə 50 lari cərimə ediləcək./Trend
Tarix: 27 noyabr 2021
Baxış: 191
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş