Redaktor seçimi
    Kapitanın qızı: “Ata, sən mənim qəhrəmanımsan, günahkarı tapdın”
Xəbər lenti
Reklam
İlham Əliyevin Qarabağdakı ermənilərə vətəndaşlıq təklifi çox səxavətli təklifdir - Maksim Şevçenko - FOTO

Prezident İlham Əliyev Qarabağdakı ermənilərə Azərbaycan vətəndaşlığı təklif edir - bu, çox səxavətli təklifdir.
Bunu Heydər Əliyev Mərkəzində jurnalistlərə açıqlamasında məşhur rusiyalı politoloq, teleaparıcı və ictimai xadim Maksim Şevçenko deyib.
"Sizin dövlət quruculuğu, müxtəlif etnik qrupların nümayəndələrinin yaşadığı, müxtəlif dillərdə danışdığı, lakin Azərbaycanı öz vətənləri kimi hiss edən, həqiqətən də müasir, vahid Azərbaycan xalqından formalaşır. Bunlar azərbaycanlılar, ləzgilər, avarlar, ruslar, udinlər, yəhudilər, talışlar və s.-dir Mən elə başa düşürəm ki, Azərbaycan Prezidenti İlham Əliyev erməniləri də Azərbaycan vətəndaşı olmağı və Azərbaycan millətinə qoşulmağı təklif edir. Bu, əsl Azərbaycan oğlunun ürəyindən gələ biləcək çox səxavətli təklifdir. Müharibə bitəndə bu cür təklif verilir - gəlin pisliyi unudaq və gələcəyə doğru gedək. Azərbaycan xalqının xarakterinin, ruhunun sirri mənə çox maraqlı idi. Demək olar ki, bütün yetkin həyatım boyu bu məsələni araşdırmışam. Mən sizin xalqının sirrini hələ də tam başa düşə bilmirəm. Döyüşçü, şair və musiqiçi olmağı, dünyaya açıq və mehriban olmağı, heç kimə kin saxlamamağı necə bacarırsız?!".
O, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası sürətinə heyran olduğunu bildirib:
"Şuşa şəhərində oldum. Gözəl Zəfər yolu ilə getdim, Füzuli beynəlxalq hava limanını gördüm. Bu əsl möcüzədir
Azərbaycanın işğaldan azad edilmiş əraziləri dirçəlir. Tezliklə mənə deyildiyi kimi, daha müasir yol istifadəyə veriləcək, Şuşa şəhərinə tunellər çəkiləcək. Orada işləyən və bərpa işəri görə insanları gördüm. Azərbaycan Prezidenti İlham Əliyev bütün bu işləri strateji cəhətdən öz iradəsi və aydın düşüncəsi ilə əlaqələndirir". \\Trend


Tarix: 25 noyabr 2021
Baxış: 129

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş