Ərdoğan: "Türkiyə xalqını iqtisadi asılılıq müharibəsindən qalib çıxaracağıq"
“Bizə məzənnə və faiz artımları ilə oynanılan oyunu gördük. Amma səbr etdik və qazandıq”.
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
“Eyni oyunu terror təşkilatlarına qarşı mübarizədə də gördük. Əks hücumlara keçdik, bacardıq. Xalqımızı bu iqtisadi asılılıq müharibəsindən qalib çıxaracağıq”, - dövlət başçısı bildirib. \\Report
Tarix: 23 noyabr 2021
Baxış: 169
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş