Serj Sarkisyana QADAĞA QOYULUB
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi eks-prezident Serj Sarkisyana qarşı ittiham irəli sürüb. Ona qarşı yaşadığı yerdən kənara çıxmama ilə bağlı iltizamnamə tədbiri seçilib.
Bu barədə Ermənistanın İctimai televiziyasına müsahibəsində qurumun mətbuat katibi Mariam Ohancanyan bildirib.
M.Ohancanyan deyib: "Korrupsiyaya qarşı mübarizə komitəsinin araşdırdığı iş çərçivəsində Serj Sarkisyana qarşı ittiham irəli sürülüb. Ona qarşı yaşadığı yerdən kənara çıxmama ilə bağlı iltizamnamə tədbiri seçilib". \\Tend
Tarix: 22 noyabr 2021
Baxış: 154
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş