Redaktor seçimi
    Kapitanın qızı: “Ata, sən mənim qəhrəmanımsan, günahkarı tapdın”
Xəbər lenti
Reklam
AQTA bir neçə restoranı CƏRİMƏLƏYİB

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
AQTA-dan Gender.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il noyabrın 21-də ölkə üzrə 393 ictimai iaşə obyektində 665 monitorinq keçirilib. Monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Binəqədi ‎rayonu, Ə. Rəcəbli 3103 ünvanında yerləşən, fiziki şəxs Qurbanov Nuru Zərbəli oğluna məxsus restoran;
2. Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsi 11 ünvanında yerləşən, fiziki şəxs “Nabikoğlu” MMC-yə məxsus “Chef Baku” restoranı;
3. Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küçəsi, ev 49 ünvanında yerləşən, fiziki şəxs Əliyev Ruslan Mübariz oğluna məxsus “The Hall By Emiland” restoranı;
4. Bakı şəhəri, Nizami‎ rayonu, Rüstəm Rüstəmov küç., ev 29 ünvanında yerləşən, fiziki şəxs Hudulov Tələt Dibirhacı oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.




Tarix: 22 noyabr 2021
Baxış: 162

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş