Ermənistan XİN başçısı: Biz hazırıq,amma Ankaranın şərtləri var - Azərbaycanla..MÜƏMMA
“Türkiyə ilə ilkin şərt olmadan münasibətlərimizi normallaşdırmağa hazırıq, bunu dəfələrlə bəyan etmişik”.
Bunu Fransanın “Le Fiqaro” qəzetinə müsahibəsində Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Biz dialoqun başlaması üçün Türkiyədən müsbət siqnallar almışıq, amma vəziyyət hələlik mürəkkəbdir. Ankaranın yeni şərtləri var. Bunların arasında Azərbaycanla Naxçıvanı birləşdirən dəhliz də mövcuddur”, - Mirzoyan bildirib.
Bu dəhliz haqda danışan nazir qeyd edib ki, dövlətlər öz əraziləri üzərində suverenliyini qoruyaraq tranzitə icazə verməlidirlər: “Bölgədəki bütün kommunikasiya kanalları yenidən açılmalıdır”. \\Manşet.az
Tarix: 20 noyabr 2021
Baxış: 170
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş