Belarus Prezidenti Aleksandr Lukaşenko təhlükəsizlik qüvvələrinin miqrantların Polşaya keçməsinə kömək edə biləcəyini deyib.
Lukaşenko bu barədə BBC-yə müsahibəsində deyib.
"Məncə, bu, mütləq mümkündür. Biz slavyanlarıq. Ürəyimiz var. Bizim təhlükəsizlik qüvvələrimiz miqrantların Almaniyaya getdiyini bilir. Ola bilsin, kimsə onlara kömək edib", - Lukaşenko qeyd edib.
Lakin o, minlərlə mühaciri dəvət edərək sərhəd böhranına səbəb olması ilə bağlı iddiaları rədd edib:
“Əgər miqrantlar gəlməyə davam etsələr, mən onları bir daha dayandırmayacağam, çünki onlar mənim ölkəmə gəlmirlər, sizin ölkələrinizə gedirlər. Amma mən onları bura dəvət etməmişəm. Açığı onların Belarusdan keçmələrini istəmirəm". \\Ölkə.az