Rusiyaya gedən azərbaycanlı MİQRANTLARIN DİQQƏTİNƏ
Rusiyaya gedən azərbaycanlı miqrantlar bundan sonra tibbi arayış təqdim etməlidirlər.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin hazırladığı sənəddə bildirilib.
"Rusiyaya 90 gündən artıq müddət üçün gedən əmək miqrantları və əcnəbi vətəndaşlardan dekabrın 29-dan etibarən Daxili İşlər Nazirliyinə HİV infeksiyasına yoluxmaması və narkomaniya asılılığının olmaması barədə arayış tələb oluna bilər”, - sənəddə qeyd olunub.
Yetkinlik yaşına çatmayanlar üçün isə bu işlə valideynlər, qəyyumlar və ya nümayəndələri məşğul olacaq.\\Manşet.az
Tarix: 19 noyabr 2021
Baxış: 145
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş