Çavuşoğlu və Lavrov arasında telefon danışığı oldu
Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb.
Bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, söhbət zamanı Suriya başda olmaqla, regional məsələlər və ikitərəfli münasibətlər müzakirə olunub.
Qeyd edilib ki, Ankara-Moskva xəttində diplomatik trafik intensivləşib. \\Metbuat
Tarix: 19 noyabr 2021
Baxış: 126
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş