Redaktor seçimi
    Kapitanın qızı: “Ata, sən mənim qəhrəmanımsan, günahkarı tapdın”
Xəbər lenti
Reklam
Sərhəd təxribatında ölən erməni hərbçilərinin meyitləri tapıldı - Yeni rəqəm

Noyabrın 16-da Azərbaycanla sərhəddə təxribat törədərkən zərərsizləşdirilən 3 erməni hərbçisinin meyiti Ermənistana təhvil verilib.
Proses Rusiya sülhməramlılarının iştirakı ilə baş tutub.
Xatırladaq ki, Ermənistan Müdafiə nazirliyinin 6 hərbçisinin öldüyünü bildirmişdi. 24 nəfərin isə itkin düşdüyünü açıqlamışdı.
Erməni mediasının yazdığına görə, hakimiyyət cəmiyyətdə ciddi ajiotaj yaranmaması üçün ölmüş hərbçilərini cəmiyyətə itkin düşən əsgərləri kimi təqdim etməyə çalışır. Hakimiyyət qarşıdakı günlərdə tədricən onların da ölməsi ilə bağlı faktı açıqlayacaq. Səbəb kimi isə döyüş bölgəsində hava şəraitinin pis olması üzündən yollarını azaraq dağlıq şəraitdə soyuqdan donub öldükləri göstəriləcək.\\Ölkə.Az

Tarix: 19 noyabr 2021
Baxış: 140

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş