Ölən erməni hərbçilərin anaları Paşinyanın istefasını TƏLƏB EDİRLƏR
44 günlük müharibədə ölən erməni hərbçilərin anaları Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər.
Bu barədə həlak olan hərbçilərin anaları sosial şəbəkələrdə yazırlar.
"Bizə qoşulun. Susmayın. Mən Ermənistanda hakimiyyəti ələ keçirmiş xəyanətkar Nikol Paşinyanın istefasını tələb edirəm. Onun rəhbərliyi altında Ermənistan ancaq məğlub olub, alçaldılıb və gənc nəslini qurban verib. O deyir ki, xalq onu edam etməyə qərar verərsə, edam olunmağa hazırdır. Gəlin ölkə daxilindəki pisliyi “edam edək””, - deyə ölən hərbçilərdən birinin anası yazıb. \\Qafqazinfo
Tarix: 18 noyabr 2021
Baxış: 127
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş