Redaktor seçimi
    Kapitanın qızı: “Ata, sən mənim qəhrəmanımsan, günahkarı tapdın”
Xəbər lenti
Reklam
Korotçenko: "Bakı və İrəvan sərhədləri tez bir zamanda demarkasiyaya başlamalıdır"

“Azərbaycan və Ermənistan təcili sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlamalıdır”.
Bunu politoloq, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko NEWS.ru-ya bildirib.
Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesi tamamlanmayana qədər bu ölkələr arasında insidentlərin təkrarlanması üçün hər cür şans var, O qeyd edib ki, indiyədək Ermənistan rəhbərliyi tərəfindən bu istiqamətdə heç bir müsbət addım müşahidə edilməyib.
Korotçenko vurğulayıb ki, Azərbaycan və Ermənistanı sərhəddə vəziyyəti sabitləşdirmək üçün Rusiyanın Müdafiə Nazirl Sergey Şoyqunun təşəbbüsü hərbi əməliyyatların aktiv fazasını dayandırmağa imkan verib.
“Lakin sərhədin delimitasiyası və demarkasiyası anına qədər istənilən gündə təxribatlar baş verə bilər. Prosesə başlayacaq işçi qrupunun yaradılması lazımdır. Bu halda hər hansı sərhəd insidentləri prinsipcə istisna ediləcək”, – Korotçenko bildirib.
O xatırladıb ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin sammitində belə bir iş mexanizminin yaradılması və işə salınması məsələləri müzakirə olunmalı idi. Lakin bu təşəbbüsün qarşısı Ermənistandakı daxili siyasi vəziyyətin gərginləşməsi və ölkə müxalifətinin təzyiqi ilə alınıb.
“Sivilizasiya davranışına riayət etmək lazımdır. Amma hələlik biz İrəvandan müsbət siqnal görmürük. Bütün bu gərginləşdirmə daxili siyasi məqsədlər üçün oynanılır. Müxalifətin Nikol Paşinyana hücumları güclənir. O, belə hallarda diqqəti yayındırmaq üçün kiçik bir münaqişə yaradılmasını istəyir”, – deyə Korotçenko bildirib.
Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi sərhəddə gərginliyin qaldığını açıqlayıb və Azərbaycanı şərq istiqamətində raket texnologiyaları və zirehli texnikalardan istifadə etməkdə ittiham edib. Öz növbəsində Azərbaycan Müdafiə Nazirliyi Ermənistan hərbçilərinin sərhəddə törətdiyi təxribatlar barədə məlumat yayıb. Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin atıcı silahlardan və qumbaraatanlardan atəşə tutulduğu dəqiqləşdirilib.
Noyabrın 16-da Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmalarda 7 Azərbaycan əsgəri, Ermənistandan bir (son məlumata görə 2 nəfər) əsgər şəhid olub, 13-ü əsir götürülüb. Ermənistandan olan daha 24 əsgərin taleyi hələlik məlum deyil, onlarla əlaqə kəsilib. \\KONKRET
Tarix: 17 noyabr 2021
Baxış: 123

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş