Rusiyadan Türkiyəyə iki təklif: “Ərdoğan istəsə, biz hazırıq"
“Rusiya beşinci nəsil döyüş təyyarəsinin istehsalında Türkiyəyə kömək etməyə hazırdır”.
Bunu Rusiya Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətinin (FSVTS) direktoru Dmitri Şuqayev deyib.
“Onların beşinci nəsil döyüş təyyarələrinin hazırlanması ilə bağlı proqramı var. Bildiyimə görə, mühərriklə bağlı işlər yaxşı getmir. Əgər istəsələr kömək etməyə hazırıq”, - Şuqayev qeyd edib.
O, “F-16” və “F-35”-lərin tədarükü ilə bağlı ABŞ-la yaşanan problemlərə görə Türkiyənin Rusiyanın “Su-57” təyyarələri ilə maraqlanacağına ümid etdiklərini də bildirib:
“ABŞ-dan Türkiyəyə “F-35” və “F-16”ların tədarükü ilə bağlı yaşanan problemlər məlumdur. Bu onu göstərir ki, Türkiyə böyük ehtimalla diqqətini bizim hərbi aviasiya sistemlərimizə yönəldəcək. Düşünürəm ki, onlar mütləq “Su-57” təyyarəsi ilə maraqlanacaqlar. Ərdoğan bu təyyarəyə böyük maraq göstərib. Görərik. Hər halda, “Su-57” Rusiya Silahlı Qüvvələri üçün prioritet təyyarədir. Bununla belə, “Su-57”nin ixrac potensialı da çox yüksəkdir”. \\Kanal
Tarix: 15 noyabr 2021
Baxış: 108
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş