Redaktor seçimi
    Kapitanın qızı: “Ata, sən mənim qəhrəmanımsan, günahkarı tapdın”
Xəbər lenti
Reklam
Tbilisidə parlament binası qarşısında Saakaşviliyə dəstək AKSİYA KEÇİRİLİB

Gürcüstanın paytaxtı Tbilisidə, ölkə parlamentinin binası qarşısında "Ayıbdır” qeyri-hökumət təşkilatının nümayəndələri ölkənin keçmiş prezidenti Mixeil Saakaşviliyə dəstək olaraq etiraz aksiyası keçiriblər.
 
Gender.az xəbər verir ki, nümayişçilər Saakaşvilinin həbsxana xəstəxanasından mülki klinikaya köçürülməsini və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər. Aksiyaçılar bununla müxalif partiya ilə həmrəy olduqlarını nümayiş etdiriblər.
 
Bundan əvvəl Gürcüstanda 9 deputat Saakaşviliyə dəstək üçün aclıq aksiyasına qoşulub.
 
Qeyd edək ki, M.Saakaşvili Tbilisidə oktyabrın 1-də saxlanılıb. O, həmin gündən aclıq aksiyası keçirirdi. Siyasətçi noyabrın 8-də Tbilisidəki 18 saylı Qldani cəzaçəkmə müəssisəsinin xəstəxanasına köçürülüb.
 
Avropa İnsan Hüquqları Məhkəməsi qəbul etdiyi qərarda M.Saakaşvilini aclıq aksiyasını dayandırmağa çağırıb.
 
Noyabrın 11-də Gürcüstanın eks-prezidentinin vəkili bildirib ki, Mixeil Saakaşvili aclıq aksiyasını dayandırmaq qərarına gəlib.


"RİA Novosti”

Tarix: 15 noyabr 2021
Baxış: 109

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş