Redaktor seçimi
    Kapitanın qızı: “Ata, sən mənim qəhrəmanımsan, günahkarı tapdın”
Xəbər lenti
Reklam
Ermənilər rus bazasının ləğvini tələb edir: "Gümrüdəki baza Ermənistan üçün təhlükədir" - Ekspert

“Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası ölkənin suverenliyinə təhlükədir”.
Bu fikirləri Ermənistan televiziyasında canlı yayımda erməni ekspert səsləndirib.
Son günlər Ermənistan media məkanında Rusiyanın Gümrüdə yerləşən102-ci hərbi bazasının legitimliyi və məqsədəuyğunluğu məsələsi aktiv şəkildə müzakirə olunur.
Bu dəfə isə erməni ekspert bəyan edib ki, Rusiya bu hərbi baza ilə öz hərbi-siyasi məsələlərini həll edir, Ermənistanın heç bir problemini həll etmir.
“Qarabağ müharibəsi zamanı biz bütün bunları öz gözümüzlə gördük, bu baza bizə ancaq baş ağrısıdı”, – deyə ekspert vurğulayıb.
Ekspertin fikrincə, Rusiyanın Ermənistandakı bazası, ilk növbədə, ölkənin suverenliyinə təhlükədir. Rusiyanın buna münasibəti necə olacaq, maraqlıdır… / Konkret.az

Tarix: 15 noyabr 2021
Baxış: 105

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş