"Milla"nın 13 tondan çox yararsız süd məhsulu MƏHV EDİLDİ
Azərbaycanda iri süd məhsulları istehsalçılarından olan şirkətlərdən birinin istehlaka yararsız və istifadə müddəti bitmiş məhsulları məhv edilib.
Bu barədə Gender.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, “AZ FP CO LTD” MMC-nin (“Milla”) 72 adda 13 ton 364 kiloqram 84 qram müxtəlif növ süd məhsulları Sumqayıtda yerləşən tullantıların zərərsizləşdirilməsi poliqonunda yandırılıb.
Tarix: 22 oktyabr 2021
Baxış: 134
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş