Xəbər lenti
Reklam
Yayın ən sevimli cütlüyü - QARPIZ & PENDİR: İnsan orqanizminə zərərləri nədir?

Yay ayının ən sevilən meyvəsi qarpızdır desək, yanılmarıq. O, həzm prosesini rahatlaşdırır, həmçinin susuzluğu yatırır. Lakin əksəriyyət qarpızın düzgün yeyilmək qaydasından demək olar ki, xəbərsizdir. Azərbaycanlı olaraq hər birimizdə “qarpızla pendirin bilirsən, nə ləzzəti var?” fikrindəyik. 

Bəs doğru olan nədir?

Məlumdur ki, orqanizmin də özünə görə kaprizi var və gözdən başqa bütün orqanlar müəyyən vaxt tezliyində özünü bərpa edir. Lakin xəstəlik hər hansı orqanı çox zədələyibsə, o zaman orqanizm də ona mənfi təsir edəcək. Həmin orqana olan hücumlar isə onu məhvə doğru aparacaq. Ona görə də, orqanizmi dinləmək lazımdır. Hər nə gəldi, necə gəldi yemək məsləhət deyil.

Mövzu ilə bağlı mütəxəssislər qarpız və pendirin birlikdə yeyilməsinə qarşıdır. Çünki artıq kilo ala bilərsiniz.

Deyirlər qarpız adamı arıqladır. Bu doğru bildiyimiz yalnışdır. Qarpız insanı arıqlatmaz. Qarpız qlisemik indeksi yüksək olan bostan bitkisidir.

Kalori dəyəri yüksək olduğu üçün iştahanı artırır. Qarpızın yarısını yeməsək, 1-2 dilimlə doymuruq. Çünki iştah artırıcıdır. Həmçinin biz duzla şirin qarışığı sevdiyimiz üçün qarpızı pendirlə yeməyi sevirik. Lakin bu düzgün hesab edimir, çünki orqanizmdə metabolizmanı zəiflədir, çəki artmasına səbəb olur. Xüsusən də isti çörək, qarpız və pendir yemək qətiyyən məsləhət deyil. Artıq çəkisi olanlara tövsiyyə olunmur. 

Qarpızın tərkibində orqanizmə faydalı olan beta karotin maddəsi var. Beta karotin ömrü uzadan, insanın qocalmasının qarşısını alan A vitaminini bizim bədənimizə sintez edir. Sonra qarpızın tərkibindəki likopen ona qırmızı rəng verir. Bu da orqanizmə xeyirlidir. Qarpızın az yeyilməsinə diqqət etmək lazımdır. Şəkər indeksi yuxarı olduğu üçün çəki artımına gətirib çıxara bilər.

Qarpızla bərabər yemiş yeməyə də üstünlük vermək lazımdır. Eyni kalorili olmasına baxmayaraq yemişin tərkibindəki cod liflər orqanizm tərəfindən daha rahat sovrulur.

Həmin liflər orqanizmdəki yağları özünə çəkir. Mədə-bağırsaq həzmini rahatlaşdırır lakin qarpızda lif az olduğu üçün yağlar yanmır.

Bunlarla bərabər hər şeyi öz qaydasında yemək məsləhətdir. Yeməkdən dərhal sonra heç bir meyvə yeyilməsi məsləhət deyil. Meyvə ya yeməkdən 1 saat əvvəl, ya da yeməkdən 1-1.5 saat sonra yeyilməlidir. \\Bizim.Media
Tarix: 13 iyul 2022
Baxış: 530

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş