Xəbər lenti
Reklam
Sağlam tava yoxsa tefal qripi?

Bəzən doğru bildiyimiz yalnışlar da sağlamlığımıza zərərli ola bilər ki, bu yalnışlardan biri də çoxlarının evində olan tefal tava və qazanlardır.
Sağlam tava? Yoxsa tefal qripi?
Tefal qripi, tefal tavaların və qazanların həddindən artıq istiləşməsi nəticəsində yaranan dumanlardan əmələ gələn bir qrip növüdür.Tefal qripi, isti tefaldan çıxan dumana məruz qaldıqdan 4-8 saat sonra meydana gələn qəfil titrəyiş, yüksək atəş, baş ağrısı, öskürək və döş qəfəsi ağrısı ilə özünü büruzə verir.
Tefal tavalaın səthi (PTFE) Polytetrafluoroethylene adlanan sintetik örtük ilə örtülüb.Bu maddə 1940-cı ildən ticarət məqsədilə istifadə edilir.Tefal tavalarının istehsalında istifadə olunan kimyəvi maddələr, bu tavaların səthi cızıldıqda yeməklə birbaşa orqanizmə daxil olur.


Diiqqət çəkən məqamlarından biri də tefalın tərkibindəki bəzi kimyəvi maddələrin qalxanabənzər vəzin fəaliyyətinə mənfi təsir göstərməsi ilə bağlı, çox sayda dəlillərin olmasıdır. Çünki tefalın içindəki kimyəvi maddə, qalxanabənzər vəz xəstəliyi olanlarda daha çox müəyyən edilmişdir və buna görə də tefalın birbaşa qalxanabənzər vəzə mənfi təsir göstərdiyinidə  söyləmək olar.
Həmçinin tefal tava istifadə edənlər,ev quşlarını (papuqay, bülbül və.s) mətbəxdən uzaq tutmaları məsləhətdir. Çünki tefal dumanına məruz qalan tutuquşu və bir çox ev quşlarının ağciyərləri şişir, qanla dolur və həmən tələf olurlar.
Tefal tava əvəzinə hansı tavalara üstünlük vermək lazımdır? 
Sağlamlığımız üçün, Tefal əvəzinə paslanmayan polad, çuqun,istiliyədavamlı şüşə tava və ya keramik tavalardan istifadə etməliyik.

Qida məsələləri üzrə mütəxəssis / Ağa Salamov
Mənbə: Qidaelmi.az

Tarix: 09 iyul 2022
Baxış: 523

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş