Redaktor seçimi
    "Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır" - Prezident
Xəbər lenti
Reklam
Ermənilər Stepanavan-Vanadzor yolunu bağladılar – Məsələyə Paşinyan müdaxilə etdi

Ermənistanda yük maşını sürücüləri yolu bağlayıb.
Sürücülər Stepanavan-Vanadzor yolunu bağlayıblar. Hadisəyə Baş nazir Nikol Paşinyan müdaxilə edib.
Buna səbəb Ermənistan qanunvericiliyə əsasən, avtomobillərdə quraşdırılan qaz balonlarının lisenziyalı təşkilat tərəfindən sertifikatlaşdırılmaması olub. Ona görə də, həmin avtomobillərin yanacaqla doldurulmasına icazə verilməyib.
Sürücülər icazə almaq üçün məntəqələrdə uzun növbələrin yaranmasından şikayətləniblər.
Baş nazirin onların bağladıqları yoldan keçəcəyini öyrənən sürücülər Paşinyanla görüşmək istədiklərini dilə gətiriblər.
Paşinyanın müvafiq göstərişindən sonra yol açılıb və sürücülərin problemi həll olunub.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Tarix: 01 avqust 2022
Baxış: 897

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş