Redaktor seçimi
    Kapitanın qızı: “Ata, sən mənim qəhrəmanımsan, günahkarı tapdın”
Xəbər lenti
Reklam
“Bu yol hələ Davtyanın vaxtında Azərbaycanın nəzarətində olub” - Baqdasaryandan ŞOK AÇIQLAMA

“Areni-Yelpin dövlətlərarası yolunun bir hissəsi hələ Artak Davtyanın dövründə azərbaycanlıların birbaşa nəzarəti altında olub”.

Bu cür sensasion açıqlama ilə erməni jurnalist Edik Baqdasaryan çıxış edib.

O bildirib ki, azərbaycanlılar 2018-ci ilin mayında Yelpin kəndinin atəşə tutulduğu ərazidə məskunlaşıblar: “O vaxt Artak Davtyan bizim korpusun komandiri idi. Azərbaycanlılar neytral zonada mövqelərini irəli çəkdilər və böyük bir ərazi onların nəzarətinə keçdi. Areni-Yelpin dövlətlərarası yolunun bir hissəsi hücuma məruz qaldı. Bundan bir neçə gün sonra Nikol Paşinyan Artak Davtyanı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin etdi”, – deyə Edik Baqdasaryan vurğulayıb. \\KONKRET.az

Tarix: 08 iyul 2022
Baxış: 481

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş