Redaktor seçimi
    Kapitanın qızı: “Ata, sən mənim qəhrəmanımsan, günahkarı tapdın”
Xəbər lenti
Reklam
"288 kəndi verəndən sonra bir kəndin salınmasını nailiyyət kimi təqdim etmək əxlaqsızlıqdır" - Elbakyan

“288 kəndi verəndən sonra bir kəndin salınmasını nailiyyət kimi təqdim etmək əxlaqsızlıqdır”.
Bu barədə erməni politoloq Edqar Elbakyan öz Facebook səhifəsində yazıb.
“2020-ci ildə 228 kənd və şəhər düşmənə verilib, onlardan 140-ı üçüncü Ermənistan respublikasının tərkibində yaradılıb.
Belə bir şəraitdə bir kəndin salınmasını siyasi nailiyyət kimi təqdim etmək nəinki əxlaqsızlıqdır, həm də onların öz elektoratına axmaq kimi baxdıqlarını göstərir”, – deyə Elbakyan yazıb.
Qeyd edək ki, Ermənistanın tarixində ilk dəfə olaraq yeni kənd salınacaq. Bu, Şirak rayonundakı Kaps su anbarının tikinti zonasında Cradzor olacaq. 350 sakinin evi yeni yerə köçürüləcək,
Bu barədə bu gün Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında bildirib. \\KONKRET.az

Tarix: 07 iyul 2022
Baxış: 397

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş