Redaktor seçimi
    Bakıda şadlıq saraylarında menyu qiymətləri... - Sahibkar SİRLƏRİ AÇDI
Xəbər lenti
Reklam
İrəvanın arzusu yenə puç oldu: Tehran Bakı ilə anlaşır

Ermənistanın İranla dəhliz yaratmaq və iqtisadi əməkdaşlıq etmək cəhdi tamamilə fiyaskoya uğradı.
Hurriyyet.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında İran-Azərbaycan siyasi-iqtisadi münasibətlərində irəliləyişi şərh edən siyasi analitik, politoloq Turab Rzayev deyib. Azerforum.com o müshibəni təqdim edir:
Siyasi analitik bildirib ki, Azərbaycanın atdığı qətiyyətli addımlar və diplomatik aktivlik yekun nəticədə Ermənistanın planlarına çox böyük bir zərbə oldu:
“Ermənistan İran-Azərbaycan gərginliyindən öz məqsədləri üçün maksimum istifadə etməyə çalışırdı. Düşünürdü ki, İranı Ermənistan ərazisindən keçməklə Poti limanına qədər uzanacaq beynəlxalq yolun çəkilməsinə və bunun maliyyəsini Tehranın üzərinə qoymağa nail olacaq. Çünki Ermənistan hazırda daha acınacaqlı durumdadır, Azərbaycan ərazisini bərpa etmək və Gorus-Qafan yolunun bir hissəsini nəzarətə götürməklə, İrəvana misilsiz təsir imkanı əldə edib, bu ölkəni tam blokadaya alıb”.

İran narkotik biznesindən gələn gəlirlərlə terror qruplarını maliyyələşdirir – İşgüzar səhər - VİDEO

Siyasi şərhçinin sözlərinə görə, İran Ermənistanın sui-istifadə cəhdlərinin iqtisadi maraqlarına qətiyyən cavab vermədiyini anladı:
“İran regionda əsas söz sahibi olan Azərbaycandan yan keçməklə hər hansı meqalayihənin mümkünsüz olduğunu başa düşdü. Yekun nəticədə İran Azərbaycanın şərtlərini qəbul etməyə məcbur oldu və bununla bağlı bəyanat verdi.
Ermənistan rəhbərliyi də birdəfəlik başa düşməlidir ki, Azərbaycanın iştirakı olmadan heç bir regional və ya beynəlxalq nəqliyyat infrastruktur dəhlizi yaradıla bilməz. Ona görə də qalib dövlətin şərtlərini qəbul etməlidir”.

Tarix: 22 oktyabr 2021
Baxış: 129

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş