Redaktor seçimi
    Axşam bütün Ermənistan AzTv-yə baxacaq – Etiraf kadrları
Xəbər lenti
Reklam
“Tovuz döyüşləri-Sərhədlərimiz toxunulmazdır” adlı SƏNƏDLİ FİLM ÇƏKİLDİ

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi “Tovuz döyüşləri-sərhədlərimiz toxunulmazdır”  adlı layihə çərçivəsində sənədli film çəkilib.

Gender.az-ın məlumatına görə, fondun maliyyə dəstəyi ilə çəkilən sənədli filmdə 12-17 iyul 2020-ci il tarixlərində Respublika sərhədlərimizin Tovuz istiqamətində  erməni silahli qüvvələrinin törətdiyi təxribatın qarşısının alınması və baş verən döyüşlərdə Ali Baş Komandan, Prezident İlham Əliyevin  rəhbərliyi ilə düşmənə layiqli yerini göstərən şanlı ordumuzun qəhrəmanlıqlarından bəhs olunur.

Sənədli filmdə 12-17 iyul 2020-ci il tarixlərində baş vermiş Tovuz döyüşlərində şəhid olmuş qəhrəmanlarımız haqqında, həmin dövrdə xalqımızın göstərmiş olduğu birlik, bərabərlik haqqında geniş məlumat verilir.

Sənədli filmin layihə rəhbəri Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar, ssenari yazarı tanınmış şair-publisit Əkbər Qoşalı, rejissoru isə Rövşən Danyeridir.

Tanınmış hərbi ekspertlərin, millət vəkillərinin, ictimaiyyət nümayəndələrinin fikirlərinin yer aldığı sənədli filmi təqdim edirik:


Tarix: 14 aprel 2021
Baxış: 864

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş