Xəbər lenti
Reklam
Ordubadda qədim abidələr AŞKARLANDI
 
AMEA-nın Naxçıvan Bölməsində Ordubad rayon ərazisində fəaliyyət göstərən Xaraba Gilan arxeoloji ekspedisiyası yeni qədim abidələr aşkarlayıb.
Akademiyadan Gender.az-a verilən məlumata görə, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimli bildirib ki, Xaraba Gilan arxeoloji ekspedisiyası 64 kv. metr sahədə arxeoloji qazıntı aparıb.
Tədqiqatlar nəticəsində 40-a qədər daş balta, son tunc dövrünə aid gil küpün içərisində 5 ədəd tuncdan hazırlanmış boyunbağısı ilə birgə dəfn olunan uşaq qəbri və kurqantipli qəbirlər aşkar edilib.
Tarix: 21 oktyabr 2020
Baxış: 434

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş