Redaktor seçimi
    Azərbaycanda 11 şəxsə VƏZİFƏ VERİLDİ
Xəbər lenti
Reklam
Anar təəccübləndi: "Bunu sizdən eşidirəm"

Gender.Az Kulis.az-a istinadla xəbər verir ki, Xalq yazıçısı Anarın 85 illik yubileyi keçiriləcək.
“Anar.85” adlı yaradıcılıq gecəsi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdindəki Opera Studiyasında baş tutacaq.
Yubiley tədbirində Anarın dostları və həmkarları iştirak edəcəklər.
Qeyd edək ki, tədbir oktyabrın 22-də keçiriləcək, biletlərin qiyməti isə 10-40 manat arasındadır.
***
RTV-yə açıqlama verən Xalq yazıçısı yaradıcılıq gecəsinin keçirilməsi ilə bağlı məlumatlardan xəbərsiz olduğunu deyib:
“Mənim 85 illik yubileyim mart ayında olub. Yaradıcılıq gecəsinin keçiriləcəyini də sizdən 10 dəqiqə əvvəl zəng edib soruşdular. Yaradıcılıq gecəmin təşkil edildiyini jurnalistlərdən öyrəndim. Girişin pullu olacağından da xəbərsizəm. Bunu sizdən eşidirəm”.

Tarix: 10 avqust 2023
Baxış: 139

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş