Xəbər lenti
Reklam
"Azdrama"nın yeni direktoru kim olacaq? (İDDİA)

Xalq artisti Azərpaşa Nemətovun vəfatından iki aydan çox vaxt keçməsinə baxmayaraq, Akademik Milli Dram Teatrına direktor təyin edilməyib. 
Əməkdar incəsənət xadimi İlham Rəhimlinin bu vəzifəyə təyin olunması ilə bağlı Mədəniyyət Nazirliyinə təklif verilib.
Məlumatı dəqiqləşdirmək üçün İlham Rəhimli ilə əlaqə saxladıq. İlham Rəhimli Qaynarinfo-ya açıqlamasında məsələdən xəbərsiz olduğunu bildirdi: "Bu barədə ilk dəfədir sizdən eşidirəm”.
Qeyd edək ki, Akademik Milli Dram Teatrın direktoru Azərpaşa Nemətov aprelin 9-da dünyasını dəyişib. Bir müddət əvvəl Mehriban Ələkbərzadə "Azdrama"ya bədi rəhbər təyin olunsa da, direktor təyinatı edilməyib. \\Qaynarinfo

Tarix: 12 iyun 2023
Baxış: 206

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş