Xəbər lenti
Reklam
Məktəb direktoru məzuniyyətini Bakıda avtobus sürərək keçirdi - FOTOLAR

Saatlı rayon Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayev məzuniyyət vaxtı avtobus sürücüsü kimi çalışıb.
Bu barədə direktorun özü sosial media hesabından paylaşım edib.
E.Rzayev məzuniyyət vaxtı əlavə qazanc məqsədilə Bakıda sürücü kimi çalışdığını qeyd edib: “Sabah məzuniyyətim bitir. Məzuniyyət vaxtından istifadə edib əlavə qazanc əldə etmək üçün başladığım işə bu gündən son qoydum. 31 avqust bir gün istirahət edim, 1 sentyabrdan işdəyik….” Qeyd edək ki, direktorun bu addımı bir çoxları tərəfindən alqışla qarşılanıb.
Qeyd edək ki, şərhlərdə fotoların avtobusu təhvil verdiyi vaxt çəkildiyi yazılıb. Fotodan da göründüyü kimi avtobusda sərnişinlər yoxdur. \\Konkret 
 


Tarix: 31 avqust 2020
Baxış: 382

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş