Ermənistan deputatı: “Mən şəxsən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram və...”
"Fakt budur ki, 1994-cü ildə biz müharibədə qalib gəlmədik. Ancaq bəli, ciddi döyüşləri udduq".
Bu fikri Ermənistanın “24TV” telekanalının efirində baş nazir N.Paşinyanın lideri olduğu “Vətəndaş sazişi” partiyasının parlament fraksiyasının üzvü Ovik Ağazaryan ifadə edib.
O, həmçinin qeyd edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü çoxdan tanıyıb, o da bunu “tanıyır” və Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur.
Ermənistan parlamentinin üzvü kimi Azərbaycanın irəli sürdüyü beş məsələ ilə bağlı fikirləri, həmin məqamları qəbul edib-etməməsi haqda suala isə Ağazaryan belə cavab verib:
“Mən şəxsən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram”. Lakin erməni deputat əlavə edib ki, “Stepanakert” (Xankəndi). – S.L.) öz müqəddəratını özü müəyyən etməlidir”... \\Moderator.az
Tarix: 22 mart 2022
Baxış: 143
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş