QMİ-də sədr müavinindən öz gəlininə qarşı dini və mənəvi dəyərlərə sığmayan “DƏRS”/ŞİKAYƏT
Bu fikirlərin təməlində dayanan əsas faktorlardan biri də milli-mənəvi dəyərlərimizin timsalında dövlətçilik ənənələrimizin qorunması prinsipidir. Lakin bu prinsipə kölgə salan bəzi məqamlar yaşanır ki, bu yazıda onlardan biri haqda danışacağıq. Beləliklə, mövzumuz da ali dəyərlərimizi kölgədə qoyan bir problemlə bağlıdır. Keçək mətləbə…
Gender.az bildirir ki, bu günlərdə tvpress.az-ın redaksiyasına daxil olan şikayət məktubu həqiqətən də ürəkağrıdıcı bir hadisəni əks etdirir və bu barədə yazmamaq, cəmiyyəti, eləcə də müvafiq strukturları həmin hadisə barədə məlumatlandırmamaq ən azından mənəvi məsuliyyətsizlik sayıla bilərdi. O cümlədən, daxil olan şikayətin işıqlandırılması həm də jurnalistika prinsiplərimizə aid olan bir məsələdir və əfsuslar olsun ki, milli-mənəvi, eləcə də dini dəyərlərimizə xas olmayan bir hadisədən bəhs edir.
Ş
ikayətçi Cavadlı Ülviyyə Səmədağa qızı bizlərə həmkar sayıldığına görə onun şikayətini işıqlandırmaq üzərimizə ikiqat məsuliyyət qoyur. Ülviyyə Cavadlı ömür-gün yoldaşı, 3 oğul övladının atası Cavadlı Lətif Aydın oğlunu bu ilin avqustunda itirib. 08.08.2021-ci ildə ailəsinin başı üzərini alan qara buludlar bir müddət onu sakit buraxmayıb. Belə ki, əkiz oğlanlardan biri sağ tərəfli iflic və epilepsiya xəstəsidir. Böyük oğlu isə Türkiyədə təhsil alir. Övladlari ilə çətin vəziyyətdə qalan Ülviyyə xanım təkbaşına, atasız qalan övladlarını necə saxlayacağı barədə, onların müqəddəratının necə olacağı haqqında düşüncələrə dalarkən ona daha bir zərbə də dəyib– öz baldızı və qayınanası tərəfindən.
Bu planı quran və 81 yaşında qayınanasını da bu planına alət edən tərəf isə şikayətçimizin dediyi kimi baldızı Cavadlı Qəmər xanımdır!
Vikipediya məlumatında o da xüsusi vurğulanır ki, Qəmər xanım müsəlman dini idarələri tarixində bu statusu qazanan ilk qadındır. Nə deyə bilərik, bu əslində xoş və qürurverici bir statusdur, amma…
…amma, cəmiyyətdəki prestij və şöhrət öz yerində, bu prestijin ailədaxili sosial məsələlərdə hansı rol oynaması, daha dəqiq desək, bu gün gəlinləri olan Ülviyyə xanımın başına gələnlərin təhlilindən çıxarılan nəticələr kifayət qədər böyük təəssüf doğurmaqdadır. Yeri gəlmişkən, onun mərhum qardaşının həyat yoldaşı olan Ülviyyə xanımın övladlarından biri ağır xəstədir və onun davamlı şəkildə müalicə proseduru keçməsinə ehtiyac var.
Təsəvvürünüzə gətirin, tək ana, üç övlad və onlardan biri xəstə. Çalışdığı yerdə böyük gəliri olmayan Ülviyyə xanımın belə bir vəziyyətdə bəlkə də satmaq istəmədiyi evini satışa çıxarması məcburiyyətini anlamaq isə çətin deyil, böyük oğlu xaricdə təhsil alır və ana onun nəyin bahasına olursa olsun təhsilini davam etdirməsini təmin etmək istəyir.
Və belə yerdə Qəmər xanımın ehtiyacı olmadığı (bu barədə daha aşağıda qeyd edəcəyik) halda yaratdığı pproblemin, maddi vəsait marağının qeyd edilən milli-mənəvi, eləcə də dini dəyərlərdən qat-qat, hətta kosmos məsafəsindən də uzaq olması necə deyərlər, göz önündə canlanır.
Hər halda hesab edirik ki, Şeyximiz bu hadisələrdən məlumatsızdır və məlumatlı olsaydı, bir an da olsun bu problemin yaşanmasına izn verməzdi, hətta bunu edənləri tənbeh də edərdi. Müdrik xalqımızın belə bir deyimi də var– dünya malı dünyada qalır, haqq dünyasına anadan gəldiyin kimi köçürsən…
Bəlkə də bu məsələnin hüquqi çərçivədə həll olunması baldız Qəmər xanımın, yaxud qayınana Nailə xanımın xeyrinə olardı, amma olsa da, belə bu məsələnin mənəvi, dini dəyərlərimizə qətiyyən sığmadığını bəri başdan vurğulaya bilərik. İslam dininə bağlılıq yalnız ibadətlə və s. ilə ölçülmür, bu dinin irfanı, tövhidi, elmi və helmi də mövcuddur ki, onlara riayət etmək hər bir müsəlmanın Allah qarşısındakı bilavasitə mənəvi borcudur!
Amma və Lakin…
Kiçik araşdırmalarımızdan sonra üzə çıxardığımız faktlar bizi daha da məyus etdi. Daha doğrusu, QMİ-nin, yəni Şeyx həzrətlərinin ictimaiyyətlə əlaqələr və ailə problemləri məsələləri üzrə sədr müavini Qəmər xanımın istər birbaşa, istərsə də dolayısı ilə, (yəni, ailə üzvlərinə məxsus) üzə çıxan bəzi mülklərinin, varidatlarının bir hissəsini diqqətinizə çatdırırıq:
Yəqin ki, Qəmər xanım bütün bunları bizdən də yaxşı bilir! Və, bütün bunlar yalnız öyrənə bildiyimiz ünvanlardır ki, onların hər biri Qəmər xanımın və həyat yoldaşının birgə əldə etdikləri mülkiyyətlərdir. Maraqlıdır, görəsən bu mülkiyyətləri bir araya toplayaraq qiymətləndirsək neçə milyon manat edər? Yaxud, QMİ-də əmək haqqı nə qədər yüksəkdir ki, Cavadlılar ailəsi bütün bunlara və hələ bilmədiklərimizə (!) sahibdirlər? Üstəlik, ağır və çıxılmaz vəziyyətdə 3 övladı ilə qalan və məcburiyyətdən əri ilə birlikdə aldıqları evi satmağa məcbur olan gəlinləri- Ülviyyə Cavadlıdan vərəsəlik payı tələb edirlər?
Onların 30-40 min manata bu qədərmi ehtiyacları yaranıb? Məgər uca Allah yerə göndərdiyi peyğəmbərləri vasitəsi ilə buyurmayıbmı ki, gözü tox olsunlar, acizləri və məzlumları incitməsinlər, acları doyursunlar, dünya malından özlərinə yetəcək qədər sahib olsunlar, çox olarsa artığını ehtiyacı olanlarla bölüşsünlər, ən nəhayəti isə İslamın buyurduğu mənəvi və irfani dəyərlərinə əməl edib imtahan dünyası üçün deyil, həqiqət dünyası üçün yaşasınlar və xilaslarını bu dünyada sığortalasınlar?
Bunu zaman göstərəcək. Bizi izləyin!
ARDI VAR