Xəbər lenti
Reklam
Paşinyan günləri qarışdırıb - TRIPP nə vaxt fəaliyyətə başlayacaq? - Yenilənib

Ermənistanın Baş naziri Nikol Paşinyan günləri səhv saldığını və "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" (TRIPP) layihəsinə rəsmi startın noyabrın 22-də deyil, 23-də veriləcəyini bildirib.
Gender.az xəbər verir ki, baş nazir müvafiq paylaşımı öz "Telegram" kanalında edib.
"Sən demə, sabah bazar günüdür. TRIPP layihəsinə rəsmi start bazar ertəsi veriləcək", - Paşinyan yazıb.
Daha əvvəl Paşinyan "Digitec 2026" konfransı çərçivəsindəki müzakirədə TRIPP-nin açılışının noyabrın 22-də baş tutacağını bildirmişdi.
***
Noyabrın 22-də Ermənistan rəhbərliyi TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu, Zəngəzur dəhlizi - red.) layihəsinin icrasına başlanıldığını elan edəcək.
Ölkə.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan İrəvanda keçirilən "Digitec" yüksək texnologiyalar forumunda "Nvidia" şirkətinin vitse-prezidenti Rev Lebaredyanın da iştirak etdiyi müzakirələr zamanı məlumat verib.
Paşinyan bildirib:
"Sabah biz layihəsinin rəsmi olaraq işə salınması barədə bəyanat verəcəyik".
Hökumət başçısı vurğulayıb ki, elektrik enerjisinin tranziti bu təşəbbüsün mühüm tərkib hissələrindən biridir. Ermənistan öz enerji sistemlərini Azərbaycan və Türkiyə şəbəkələri ilə əlaqələndirmək niyyətindədir.
Bundan əvvəl ABŞ-nin AECOM şirkəti Ermənistanın baş nazirin müavini Mqer Qriqoryana və dövlət idarəetmə orqanlarının nümayəndələrinə TRIPP layihəsi üzrə ilkin texniki-iqtisadi əsaslandırmanın nəticələrini təqdim etmişdi.\\Oxu.az
Tarix: 21 noyabr 2026
Baxış: 20

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş