Xəbər lenti
Reklam
Kəramət Böyükçöl:"Başında hicab olan müəllim Mirzə Cəlilin cəhaləti ifşa edən əsərlərini şagirdlərə necə öyrədir?"

Yazıçı Kəramət Böyükçöl təhsilalanların və təhsilverənlərin geyimi ilə bağlı Nazirlər kabinetinin qərarından sonra cəmiyyətdə başlayan müzakirələrə öz münasibətini bildirib.
Kəramət hicablı müəllimlərin Axundovun, Sabirin, Mirzə Cəlilin dini fanatizmə, mövhumata və cəhalətə qarşı mübarizəsini şagirdlərə necə öyrətdiyinin ona maraqlı olduğunu bildirib. Həmin statusu təqdim edirik:
"Hicabla bağlı bir kəlmə də mən deyim. Biz məktəbə niyə gedirik?
Təhsil almağa, bilik qazanmağa, dünyanı, cəmiyyəti və özümüzü anlamağa.
Bəs məktəbdə kimləri öyrənirik?
Mirzə Fətəli Axundovu, Mirzə Ələkbər Sabiri, Mirzə Cəlili, Hüseyn Cavidi, Üzeyir Hacıbəylini və s. 
Bəs bu maarifçilərimiz, ziyalılarımız, ədiblərimiz, mütəfəkkirlərimiz nə ilə mübarizə aparırdılar?
Cəhalətlə, mövhumatla, xurafatla…
İndi mənə maraqlıdır, başında hicab olan bir müəllim Axundovun dini fanatizmə qarşı mübarizəsini, Sabirin mövhumata yönəlmiş satiralarını, Mirzə Cəlilin cəhaləti ifşa edən əsərlərini şagirdlərə necə öyrədir? 
Məktəbdə Axundovdan, Sabirdən, Mirzə Cəlildən dərs deyən bir müəllim onların düşüncələri ilə hicab arasında münasibəti bilmirmi? 
Axı bu maarifçilər Azərbaycan insanını qəflət yuxusundan oyanmağa, elmə, maarifə, düşünməyə çağırırdılar. Biz də bu gün onların düşüncələrini öyrənmək üçün məktəbə gedirik. Amma onların fikirlərini öyrənə-öyrənə mübarizə apardıqları düşüncə tərzini öz həyatımızda yaşadırıqsa, deməli, məktəbin mahiyyətini hələ anlamamışıq."\\Yenilik.az

Tarix: 09 oktyabr 2026
Baxış: 45

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş