Münasibətlərin rahat, hamar və sakit olması hamının arzusudur.
Mütəxəssislər ailədaxili mübahisələrin dağıdıcı yox, əslində faydalı ola biləcəyini açıqlayıb.
Psixoloq Olqa Romaniv heç dava etməyən cütlüklərin heç də ideal olmadığını bildirib.
“Əksinə biz psixoloqlar o zaman narahat ola bilərik ki, 2 müxtəlif şəxsiyyətin heç fikir ayrlığı yoxdur. Əgər aildə, ikili arasında konflik yoxdursa, deməli, artıq yolun sonuna gəliblər, ya da digərinin nə etdiyi, həyatı o birinə maraqlı deyil.
Ya da başqa variant: cütlükdən biri qorxusundan susur və qarşı tərəfin diktəsi ilə yaşayır, narazılığını gizlədir, özünü maskalayır.
Əgər cütlüklər hər gün yox, arada münahisəyə qalxır, fikir ayrılığı varsa, bir-birini tənqid edirsə, deməli, münasibət diridir, canlıdır.
Bəzən məhz mübahisələrlə ideal münasibət yoğrulur, ortaq məxrəc tapılır, ailə prinsipləri müəyyənləşir, həm də insanlar emosional yükdən azad olur.
Burda vacib şərt qışqırmadan, qırmızı xətti keçmədən, səs tonunu qaldırmadan, intonasiyaya fikir verərək öz etirazını bildirməkdir.
Belə halda mübahisə, dava-dalaş faydalı ola bilər. Bu zaman ikili problemi birgə həll etməyə çalışır.
Münaqişə və mübahisənin məqsədi hər kəsin özünü haqlı göstərməsi yox, sadəcə vəziyyətə baxışı, şəxsi mövqeyi və hissləri ortaya qoymaq olmalıdır”.
© Medicina