Xəbər lenti
Reklam
Binəqədi məktəblərinin reytinqi - Hansı daha yaxşıdır? - SİYAHI

Ölkə.Az bu gündən "məktəblərin reytinqi" adlı yeni rubrikaya start verir.
Rubrikamızda paytaxt ərazisində yerləşən məktəblərin reytinqi ilə tanışa ola bilərsiniz.
Məlumatlar Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin saytında məktəblər haqqında yerləşdirilən rəsmi məlumatlara əsaslanır.
Rubrikamızın birinci bölümündə paytaxtın ən böyük rayonu olan Binəqədi ərazisində yerləşən təhsil müəssisələri barədə məlumatlar yer alıb.
Binəqədi rayonu ərazisində ümumilikdə 32 ümumi təhsil müəssisəsi yerləşir. Onlardan 28-i tam orta məktəb, 4-ü isə məktəb-liseydir.
Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəb 
1977-1978-ci tədris ilindən fəaliyyət göstərir. 2009-cu və 2015-ci illərdə Prezidentin sərəncamına əsasən, "Ən yaxşı ümum təhsil məktəbi" müəssisəsi adına layiq görülüb. Hazırda burada 1427 nəfər təhsil alır.
2019-2020-cü tədris illərində 43 məzundan 29 nəfəri tələbə adına layiq görülüb ki, onlardan da
11 nəfəri 500-700 bal toplayıb.
Vahid Əzizov adına 30 nömrəli tam orta məktəb
1959-cu ildə tikilib. 2012/2013-cü dərs ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qalibi olub.
2022/2023-cü dərs ilində məktəbdə 753 nəfər şagird təhsil alırdı. Azərbaycan və rus bölmələri fəaliyyət göstərir.  
2020/2021-ci dərs ilində IX sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələrinə görə reytinq cədvəlində Bakı şəhəri üzrə 194-cü, Binəqədi rayonu üzrə isə 20-ci yeri tutub.
Həbibulla Hüseynov adına 83 nömrəli məktəb-lisey
1971-ci ildən fəaliyyətə başlayıb. Təlim Azərbaycan və rus dillərində aparılır. Ümumilikdə 1951 şagird təhsil alır. 
2022-2023-ci tədris ilində məzunların ali məktəblərə qəbul nəticələri 95% olub. Prezident İlham Əliyevin sərəncamı ilə 2009 və 2014-ci illərdə "İlin ən yaxşı məktəbi" adına layiq görülüb. 
99 nömrəli tam orta məktəb 
1962-ci ildə inşa edilib. 1609 şagird təhsil alır. 2010-cu il tarixində "İlin ən yaxşı məktəbi" layihəsinin qalibi olub.
2012-2013-cü tədris ilində 3 şagird 600 baldan yuxarı, 3 şagird 500 baldan yuxarı bal toplayaraq ali məktəbə daxil olub. 93 şagirddən 41 nəfər şagird ali məktəbə daxil olub. Həmin ildə 1 şagird bilik yarışında III yerə layiq görülüb.
2013-2014-cü tədris ilində ali məktəbə qəbul olmaq üçün sənəd verən 95 şagirddən 52 nəfəri qəbul olub. Onlardan biri 600 baldan yuxarı, 4 nəfər 500 baldan yuxarı bal toplayıb. 2014-2015-ci tədris ilində 2 nəfər 47-ci Beynəlxalq Olimpiadada qalib olub. Elm və Təhsil Nazirliyinin keçirdiyi bilik yarışının şəhər mərhələsində 4 şagird I yerə layiq görülüb.
Namiq Fərəczadənin adına 100 nömrəli tam orta məktəb
1930-cu ildən fəaliyyət göstərir. 1592 şagird təhsil alır. 2012-ci ildə məktəbdə əsaslı təmir işləri görülüb. 
Şagirdlərin nailiyyətləri barədə məlumatlar qeyd edilməyib.
M.X.Axundzadə adına 102 nömrəli tam orta məktəb
1964-cü ildə tikilib. 2010-2011-ci tədris ilində "50 ən yaxşı məktəb" müsabiqəsinin qalibi olub.
2018-2019-cu tədris ilində məktəb üzrə 1372 nəfər şagird təhsil alır. Azərbaycan və rus bölmələri fəaliyyət göstərir.
2016-2017-ci və 2017-2018-ci tədris illərində XI sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələrinə görə reytinq cədvəli üzrə irəliləyərək Bakı şəhəri üzrə 55-ci, Binəqədi rayonu üzrə isə 5-ci yeri tutub və "Yaxşı nəticəli məktəb" statusu alıb. 
103 nömrəli tam orta məktəb 
Təməli 1950 ci ildə qoyulub. İlkin vaxtlarda 7 illik təhsil səviyyəsi üzrə fəaliyyət göstərib, 1997-ci ildən tam orta təhsilə keçilib. 1363 şagird təhsil alır. Bu şagirdlərin təlim-tərbiyəsi ilə 74 müəllim məşğul olur. 
İldən-ilə ali məktəblərə qəbul olan şagirdlərin sayı artdığı bildirilsə də, dəqiq statistika qeyd edilməyib.
Azər Məmmədov adına 115 nömrəli tam orta məktəb 
1966-cı ildən fəaliyyət göstərir. Məktəbdə 2019- 2020-ci dərs ilində 1872 şagird oxuyur. Məktəbdə 185 müəllim işləyir. 2005-ci ildə Təhsil Nazirliyi tərəfindən 340 nəfərlik əlavə korpus tikilib, 2014-cü ildə məktəbin hər 2 korpusu əsaslı təmir edilib. Şagirdlərin nailiyyətləri barədə məlumatlar qeyd edilməyib.
Şəhid Tərlan Heybətov adına 126 nömrəli tam orta məktəb
1967-ci ildə istifadəyə verilib. 1060 yerlikdir. Hazırda məktəbdə 493 nəfər şagird 23 sinifdə komplektləşdirilib. Tədris Azərbaycan və rus dillərində aparılır. 2010-cu ildə “Ən yaxşı məktəb” müsabiqəsinin qalibi olub.
Əliağa Şıxlinski adına 135 nömrəli tam orta məktəb 
1970-ci ildən fəaliyyət göstərir. Məktəbdə 669 şagird təhsil alır. Hər il məzunlar ali məktəblərə qəbul zamanı yüksək nəticələr əldə edirlər. Məlumata görə, 600-dən çox bal toplayan şagirdlərin sayı ildən-ilə artır, amma dəqiq statistika qeyd edilməyib.
143 nömrəli tam orta məktəb 
1937-ci ildən fəaliyyət göstərir. 2022-2023-cü tədris ilində məktəbdə 1379 şagird təhsil alır. 2010-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Ən yaxşı ümumtəhsil məktəbi" adını qazanıb.
Namiq Babayev adına 144 nömrəli tam orta məktəb
1978-ci ildə fəaliyyətə başlayıb. 852 şagird təhsil alır. Qeyd edilir ki, nəzunlarından 500-dən yüksək bal toplayanların sayı ilbəil artır. 2018-2019-cu tədris ilində məktəbi bitirən 21 nəfərdən 20-si, 2019-2020 və 2020-2021-ci tədris illərində isə hər 2 sinifdən birinin bütövlükdə təhsil alan şagirdləri və digər siniflərdən əksəriyyəti müxtəlif nüfuzlu ali məktəblərə qəbul olub.
Famil İsgəndərov adına 157 nömrəli tam orta məktəb
1978-ci ildə inşa istifadəyə verilib. Azərbaycan və rus bölməsi fəaliyyət göstərir. 1199 yerlikdir. Prezidentin 2012-ci il tarixli sərəncamı ilə 2011-2012-ci tədris ilində keçirilmiş "50 ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olub.
Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəb
1936-cı ildə inşa edilib. Hazırda məktəbdə 2847 nəfər şagird təhsil alır. Azərbaycan və rus bölməsi var. 
Məktəb və şagirdlərin nailiyyətləri barədə məlumat qeyd edilməyib.
182 nömrəli tam orta məktəb
1962-ci ildən fəaliyyət göstərir. Məktəbdə ümumilikdə 5102 şagird təhsil alır. 
Məktəb və şagirdlərin nailiyyətləri barədə məlumat qeyd edilməyib.
Rövşən İmanov adına 205 nömrəli tam orta məktəb
1930-cu ildən fəaliyyət göstərir. Hazırda 1483 nəfər şagird Azərbaycan bölməsi üzrə təhsil alır. Müxtəlif illərdə məktəbin şagirdləri Təhsil Nazirliyi tərəfindən təşkil olunan fənn olimpiadalarında və digər beynəlxalq yarış və olimpiadalarda, idman yarışlarında uğurlar əldə ediblər. 
Dəqiq statistika göstərilməyib.
E.Sultanov adına 217 nömrəli tam orta məktəb 
1963 fəaliyyət göstərir, 2826 şagird təhsil alır. Bildirilib ki, məktəb olimpiada və idman yarışlarında uğur qazanıb. Hər il məktəbin şagirdlərindən 600-dək yüksək bal toplayanlar olduğu qeyd edilsə də, dəqiq statistika göstərilməyib.
Əsəd Ələskərov adına 244 nömrəli tam orta məktəb 
1968-ci ildə istifadəyə verilib. 1782 şagird təhsil alır. 2009-cu ildə məktəb "Ən yaxşı məktəb’’ müsabiqəsinin qalibi olub. Məktəb artıq 17 ildir ki, Binəqədi rayon məktəbləri arasında keçirilən spartakiadanin qalibi olur. 
246 nömrəli məktəb-lisey 
1969-cu ildən fəaliyyət göstərir, 1581 yerlikdir. 2009-cu ildən etibarən “Rus dilinin intensiv tədrisi” layihəsi həyata keçirilir. Şagirdlərin nailiyyətləri barədə məlumatlar qeyd edilməyib.
Nizami Nərimanov adına 248 nömrəli tam orta məktəb
1969-cu ildən istifadəyə verilib. Hazırda məktəbdə 1763 şagird təhsil alır. Tədris Azərbaycan və rus dillərində aparılır. Şagirdlərin nailiyyətləri barədə məlumatlar qeyd edilməyib.
Elşad Həmidov adına 267 nömrəli məktəb-lisey 
1982-ci ildən fəaliyyət göstərir. Təlim Azərbaycan və rus dillərində aparılır. İngilis dili pilot məktəb kimi intensiv olaraq öyrədilir. 1860 şagird təhsil alır. 2004-cü ildə keçirilən "İlin yaradıcı fəaliyyəti ilə fərqlənən ən yaxşı təlim - tərbiyə müəssisəsi" müsabiqəsinin, 2008-2009-cu dərs ilində isə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub.
Qeyd edilir ki, hər il şagirdlər rayon, şəhər və Respublika üzrə keçirilən müxtəlif idman yarışlarının, sərgi və müsabiqələrin iştirakçısı və qalibləri olurlar. Bununla yanaşı dəqiq statistika göstərilməyib.
276 nömrəli tam orta məktəb
1986-cı ildə istifadəyə verilib. 2012-ci ildə "İlin Məktəbi" layihəsində qalib olub. 1469 yerlikdir. Şagirdlərin və məktəbin nailiyyətləri barədə məlumatlar qeyd edilməyib.
283 nömrəli tam orta məktəb 
1988-ci ildən Azərbaycan və rus dilində fəaliyyət göstərir. 1179 yerlikdir.
2010-2011-ci tədris ilində keçirilmiş "Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsinin qalibi olub. Olimpiadanın Şəhər, Respublika turlarının qalibləri, qəbul imtahanlarında yüksək nəticələrə görə Prezident təqaüdü alan məzunları var.
2019-cu ildə şagirdlərdən biri riyaziyyat fənni üzrə olimpiadada bürünc medala layiq görülüb.
2018-2019-cu tədris ilində məktəbin X sinif şagirdi Camalova Reyhan Rauf qızı Sabahın Alimləri VIII Respublika müsabiqəsində qızıl medal qazanaraq ABŞ-də keçirilən “İNTEL və İSEF” beynəlxalq Elm və Mühəndislik sərgisində Azərbaycanı təmsil edib. O, Reynerci startapının təsisçisidir. R.Camalova "Forbes" jurnalının 30 yaşdan aşağı 30 asiyalı siyahısına düşüb.
2019-cu ildə göstəricilərinə görə Bakı məktəbləri üzrə 24-cü, Binəqədi rayonu üzrə 2-ci yerə qədər irəliləyib.
Ötən tədris ilində məktəbin 45 məzunundan 36-ı ali məktəbə qəbul olub.
Qamət Abbasov adına 284 nömrəli tam orta məktəb
1991-ci ildə istifadəyə verilib. 2022-2023-ciü tədris ilində təhsil alan şagirdlərin sayı isə 3552 nəfərdir Şagirdlərin və məktəbin nailiyyətləri barədə məlumatlar qeyd edilməyib.
297 nömrəli tam orta məktəb
1965-ci ildə yaradılıb. 2022-2023-cü tədris ilində məktəbdə 2620 şagird təhsil alır. Azərbaycan və rus bölmələri var. 
Şagirdlərin və məktəbin nailiyyətləri barədə məlumatlar qeyd edilməyib.
298 nömrəli tam orta məktəb 
1959-cu ildə tikilib. 1141 şagird təhsil alır.
Məzunlar arasında məşhur hərbçilər, idman ustaları, çempionlar, bəstəkarlar, musiqiçilər, 600-dən yuxarı bal toplayanlar var.
Xalq Artisti Sərdar Fərəcov, tarzən Xalq Artisti Möhlət Müslümov, general Qorxmaz Qarayev də məktəbin məzunları sırasındadır.
Şagirdlərin və məktəbin nailiyyətləri barədə məlumatlar qeyd edilməyib.
Rizvan Pirnəzərov adına 299 nömrəli məktəb-lisey 
1934-cü ildə tikilib. 2023-2024-cü tədris ilində məktəbdə 2467 şagird təhsil alır. Azərbaycan və rus bölməsində məktəbəhazırlıq qrupları fəaliyyət göstərir.
"Sabahın alimləri" müsabiqəsində 2018-ci ildə 2 nəfər gümüş medal qazanıb, 2020-ci ildə isə 2 şagird II yerə layiq görülüb.
1 şagirdi 2021-ci ildə ölkə Məktəblilərarası VI Fənn Müsabiqələrinin final mərhələsində I yerin qalibi olub. 
2020-2021-ci tədris ilində 12 məzunu buraxılış və qəbul imtahanlarında 500-dən yuxarı bal toplayıb. 
Məzunlarından biri Prezident təqaüdçüsüdür.
2022-2023-cü tədris ilində isə 5 məzunu 600-dən yuxarı bal toplayıb.
V.Əvəzov adına 300 nömrəli tam orta məktəb
1932-ci ildə yaradılıb, 2352 şagird təhsil alır.
Şagirdlərin və məktəbin nailiyyətləri barədə məlumatlar qeyd edilməyib.
Seymur Məmmədov adına 301 nömrəli tam orta məktəb 
1994-cü ildən fəaliyyətə başlayıb, 813 yerlikdir.
Şagirdlərin və məktəbin nailiyyətləri barədə məlumatlar qeyd edilməyib.
306 nömrəli tam orta məktəb
2005-2006-cı dərs ilindən fəaliyyət göstərir. Cari dərs ilinin ll yarısında 1896 şagird təhsil alır.
Şagirdlərin və məktəbin nailiyyətləri barədə məlumatlar qeyd edilməyib.
313 nömrəli tam orta məktəb
2007-ci ildən fəaliyyət göstərir. 2012-ci ildə Prezidentin sərəncamı ilə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olub. Hazırda 2400-dən çox şagird təhsil alır. Məzunların çox hissəsi ali məktəblərə qəbul zamanı 500-700 arası bal toplayıb.
Təkcə 2017-2018-ci dərs ilində şagirdləri olimpiada və müsabiqələrdə 8 medal qazanıb. 2019-2020-ci dərs ilində - çətin pandemiya (COVİD-19) şəraitində məktəbin şagirdləri 4 medal qazanıb.
2022-2023-cü dərs ilində 3 şagirdi fənn olimpiadasının, 1 şagirdi isə Beynəlxalq İntellektual müsabiqənin qalibi olub.
314 nömrəli tam orta məktəb
2007/2008-ci dərs ildən fəaliyyət göstərir. Cari dərs ilində məktəbdə 2262 şagird təhsil alır.
Məktəb şagirdləri Respublika olmpiadasında yer tutub. 
Bildirilir ki, hər şagirdlərindən 600-dən yüksək bal toplayanlar olur, lakin dəqiq statistika göstərilməyib.
Qeyd edək ki, siyahıdakı məktəblərin böyük əksəriyyətində nəzərdə tutulan şagird sayından çox şagird təhsil alır, yəni təhsil müəssisələrinin əksəriyyəti tutumunu aşıb.

Billurə Yunus

Tarix: 06 fevral 2024
Baxış: 89

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş