Xəbər lenti
Reklam
Arvadının TikTok yazışmasını tutdu, 20 bıçaq zərbəsi ilə öldürmək istədi - TƏFƏRRÜAT

Şəmkir rayonunda həyat yoldaşını xüsusi amansızlıqla öldürməyə cəhddə təqsirləndirilən Yusif Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Gender.Az Oxu.Az-a istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Y.Məhərrəmov 14 il azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə rayonun "Şəhərcik" adlanan yaşayış massivində qeydə alınıb.
Belə ki, 1999-cu il təvəllüdlü Y.Məhərrəmov 2006-cı il təvəllüdlü Laləzər Əhmədova ilə tanış olub. Bir müddətdən sonra onlar evlənərək kirayədə yaşamağa başlayıblar. Evlilikdən bir neçə ay sonra L.Əhmədova ilə Y.Məhərrəmov arasında mübahisələr başlayıb və L.Əhmədovanın anası ailəyə müdaxilə edib.
Çütlük bir müddət ayrı yaşamaq qərarı versə də, L.Əhmədovanın anası onların barışmasına imkan verməyib. L.Əhmədova ilə Yusif bir müddət görüşsələr də, qadın onların yenidən birgə yaşamasını əngəlləyib.
Bir müddətdən sonra Yusif L.Əhmədovanın mobil telefon nömrəsini özünün istifadəsində olan telefonunda yoxlayarkən arvadının Təbriz adlı şəxslə "TikTok" sosial şəbəkəsində danışdığının şahidi olub. O, bu barədə Leylaya deyib, onun Təbrizlə danışmamasını tapşırıb. Leyla Yusifə bu barədə söz versə də, o, yenidən əməllərinə davam edib.
İkinci dəfə yazışmanı görən Yusif bu barədə Leylaya deyəndə qadın onunla mübahisə etməyə başlayıb. Mübahisə nəticəsində Yusif Leylaya 20 bıçaq zərbəsi vuraraq onu öldürməyə cəhd edib.
Qadın xəstəxanaya çatdırılıb, həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Y.Məhərrəmov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb və Y.Məhərrəmov barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Tarix: 17 sentyabr 2025
Baxış: 24

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş