Avtobus sürücüsünü döyən şəxs saxlanıldı
Paytaxtın Nizami rayonunda 49 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsünü döyən şəxsi polis saxlayıb.
Gender.Az APA-ya istinadən xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli məlumat verib.
Onun sözlərinə görə, 25 yaşlı Elşən Səmədzadə məsuliyyətə cəlb olunub.
Araşdırmalar davam edir.
Tarix: 16 sentyabr 2025
Baxış: 24
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş