Xəbər lenti
Reklam
“İnanın, İlham Əliyev gec-tez buna da nail olacaq” - Mkrtçyan

Ermənistanda baş nazir Nikol Paşinyanın siyasətini bəyənməyənlər onu tənqid edir, kəskin iradlarını bildirirlər. Qarabağ məsələsinin birdəfəlik həll olunduğunu başa düşən ermənilərin əksəriyyəti bunu özlərinin milli məğlubiyyəti kimi qələmə verir və elə hesab edirlər ki, bu məğlubiyyətlərin başında dayanan məhz Paşinyandır. Hətta onu siyasi kimyagərə də bənzədirlər.
Gender.az xəbər verir ki, erməni politoloq Qaqik Mkrtçyan yazır ki, “Əbədi sülh”dən danışan kimyagərimiz, nəhayət, çoxdan gözlənilən ideyanı tapıb:
Ətraflı
“Amma məbədi tapmaq üçün yol uzun və tikanlı oldu. Bunun üçün Qarabağı  və Ermənistanın bir hissəsini itirmək, minlərlə gəncin həyatından imtina etmək və sonda dərin bir çuxurun lap dibinə düşmək lazım idi. Vaxt var idi ki, Paşinyana şübhələr əzab verirdi. Biz ölkəni “dünyanın qovşağına” çevirmək naminə, onu xarabalığa döndərməklə düzgün iş görürükmü? Bununla birlikdə, “dünyanın kəsişməsi” ideyasının doğulmasının başqa bir versiyası var. Bu,  kollektiv intellektual səylərin bəhrəsidir.
Tədricən “qonşularla sülh və qardaşlıq”, Ermənistanın “dünyanın kəsişmə nöqtəsinə” çevrilməsi haqqında tezislər aksiomaya çevrilib. Gəlin assizli Müqəddəs Fransiskin sözlərini xatırlayaq: “Ya Rəbb, mənə dəyişə bilməyəcəyim şeyləri qəbul etmək üçün rahatlıq ver. Mənə dəyişə biləcəyim şeyləri dəyişdirmək üçün cəsarət ver. Və həmişə fərqi bilmək üçün mənə hikmət ver”.
Azərbaycan və Türkiyə ilə əbədi sülhü bərqərar etməyə və Ermənistanı “dünyanın kəsişmə nöqtəsi”nə çevirməyə çalışan siyasi kimyagər Paşinyan üçün daha uyğun söz təsəvvür etmək çətindir.
Bu arada Azərbaycan Ermənistan qarşısında yeni tələblər irəli sürür. Xüsusilə, ATƏT PA-nın rəhbəri Pia Kaumu ilə görüşdə İlham Əliyev Cənubi Qafqaz regionunda yeni reallıqları açıqlayıb. Onun sözlərinə görə, “bölgədə baş verən son hadisələr Ermənistanın 30 ilə yaxındır davam edən işğalı və Azərbaycana qarşı hərbi təcavüzü kontekstində nəzərdən keçirilməlidir. Bu işğalın və təcavüzün nəticələrini nəzərə almadan, bu məsələ ilə bağlı fikirlər irəli sürmək düzgün olmazdı”.
Beləliklə, Azərbaycan Prezidenti anklavları, Zəngəzur dəhlizini, Qərbi Azərbaycan adlandırdığı ərazidə Azərbaycan qaçqınlarının məskunlaşdırmasını deyil, həm də işğal və hərbi əməliyyatlara görə maddi təzminat tələb edir. İnanın, gec-tez buna da nail olacaq. Eyni zamanda, Azərbaycan İsraildən əlavə “Vaçak MX” tipli hava hücumundan müdafiə sistemləri alır. Fransanın Ermənistana, Ukrayna üçün nəzərdə tutulan bir neçə “Baction” zirehli texnikası göndərməsindən narazılığını ifadə edir. Ukrayna həmin texnikalardan imtina etdi. 5 tonluq maşınlar artilleriya atəşindən və tank əleyhinə raketlərdən zəif qorunur. Siyasi kimyagər Paşinyan nəyə ümid edir?  Qərb Ermənistanı necə xilas edəcək? Bəlkə Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Josep Borrellin bəyanatlarına arxayındır. Amma inanmıram ki, İlham Əliyevi bu gün gülüş doğuran bəyanatlar öz yolundan döndərə bilsin. Qərb siyasətçilərinin dəyərsiz çıxışları gündəlik reallıqla uzlaşmır”./Konkret.az

Tarix: 21 noyabr 2023
Baxış: 107

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş