Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Astral səyahət etdiklərini deyən insanların əslində başına nə gəlir? - PSİXOLOQ VƏ İLAHİYYATÇI DANIŞIR

"Astral" səyahət anlayışı "spiritizm", "okkultizm" və "teosofik" konteksdə istifadə olunan bir anlayışdır. Bu anlayış - parapsixologiya, məhbus cəsədi və ya astral bədən adlandırdıqları və eyni zamanda incə maddə kimi göstərilən maddələrdən meydana gəldiyi deyilən parapsixologiya fenomeninə inanan insanların öz ruhları ilə bir növ həyata keçirdiklərini iddia etdikləri bir növ səyahətdir.
Hamının anlayacağı dildə desək, qısa müddətlik ruhun bədəndən müvəqqəti ayrılmasıdır. Belə ki, bu səyahət zamanı insanın şüuru açıq olur, bununla yanaşı insan fiziki bədəninin xaricində olmaqla başqa məkanlara səyahət edə bilir.  Bəs həqiqətən astral səyahət baş tutur?
Psixoloq Aytən Ələkbərova Referans.Az-a bildirib ki, Azərbaycanda da psixoloqlara müraciət edən şəxslərdə astral səyahət etdiyini iddia edən pasiyentlərə rast gəlmək mümkündür. 
“İnsanların bu düşüncəyə düşməsi astral səyahət filmlərindən başladı. Bu psixoloji məqamlarla bağlı olduğuna görə hətta bu insanın öncədən baş verəcək dejavu və jemavunu yaşaması belə rahatlıqla sezilən məqamlardır. Bu məqamlardan müəyyən zamanlar var ki, o hər fərdin özünə aiddir. Onun şüuraltında olanları digər insanlarda yoxdur. Biz bu nüansları mövzu ilə bağlı filmlərdə də görə bilərik. Bizə müraciət edən pasiyentlərin arasında da tez-tez astral səyahət etdiyini deyən şəxsin obsesiv-kompulsiv pozuntudan əziyyət çəkdiyini də psixoloq olaraq sezmişdim”.
Psixoloq astral səyahətin lunatizm ilə əlaqəli olduğunu, bunu yaşadığını iddia edənlərin daha çox lunatik insanlar olduğunu da vurğulayıb.
“Deyərdim ki, astral səyahət anlayışı lunatik yanaşmanın bir növüdür. Bu prosesi müşahidə etdiyim bir xanımda hətta ailəsi onu psixiatra da yönəltmişdi. Onlar düşünürdülər ki, həmin xanım “havalanıb” və ciddi psixi müalicə almalıdır. Lakin sonradan məlum oldu ki, həmin xanım sadəcə bu mövzu ilə bağlı baxdığı filmin təsirinə düşüb və nəticədə bu prosesi özünün də yaşadığını düşünür. İnsanlarda müəyyən psixi sindromlar yaranırsa, onun mütləq müəyyən motivi, kökü olur. Bunlar daha çox insanların vizual olaraq qəbul etdikləri və bu səbəbdən onlarda yaranan travmaların nəticəsidir. Hətta bir zamanlar fransız filmləri məşhurlaşmışdı. Bu filmlər yayıldıqdan sonra 12-13 yaşlı uşaqlıqdan yeniyetməlik dövrünə keçən bir azyaşlı iddia edirdi ki, real həyatda həmin uçan obyektləri görüb. Hətta o deyirdi ki, yadplanetlilər onu öz gəmilərinə qoyub başqa planetə aparıblar. Belə hallarda valideynlər çox təşvişə düşürlər və bu təşvişi uşaqlara ötürürlər. Azyaşlılar da yalan dedikləri anlaşılmasın deyə dedikləri yalanı tətbiq edib reallaşdırmağa başlayırlar. Bu isə təhlükəli fəsadlar yarada bilər. Belə hallarda valideynlər ilk addım olaraq psixoloqa müraciət edib problemin həllinə konsentrasiya olmalıdırlar”.
Mövzuya dini baxımdan da nəzər saldıq. Astral, ruhi səyahət anlayışının İslam dinində mövcudluğu haqqında ilahiyyatçı Əkrəm Həsənov suallarımızı cavabladı. 
“İslam dinində görə insan ruh və bədəndən təşkil olunub. İnsan yatanda ruhu bədəndən ayrılır, ancaq bədənə bağlı olaraq ayrılır və yatmış insanı çağırdıqda ruh bədənə daxil olur. İnsan öləndə isə ruh bədəni tamamilə tərk edir. Bədən torpağa dəfn olunsa belə, harda olmasından asılı olsa belə öldükdə ruh bədəni tərk edir və bərzax aləmi deyilən, ruhların qərar tutduğu sahəyə gedir. İslamda astral səyahət adlı bir anlayış olmayıb. Sonradan sufi cərəyanına mənsub məzhəblər belə bir anlayışı ortaya qoyublar. İslam dinində belə bir anlayış da var ki, insan yatanda dünyadan köçmüş yaxınları ilə belə yuxuda görüşə, söhbətləşə bilir. Biz ruhi və fiziki bədənlərdən ibarətik. Biz yatanda ruhi bədən fiziki bədənimizi tərk edir. Bu həmişə baş verir, lakin biz heç də həmişə astral adlanan zonaya düşə bilmirik”.
İlahiyyatçı bu anlayışın dinlə əlaqəsi olmasa da qədim mədəniyyətlərdə öz əksini tapdığını da vurğulayıb.
Cadugərlik və ya ekstrasenslikdə üç dünya var: ruhi dünya, astral dünya və fiziki dünya. Qədim dövrlərdə müdriklər fizika barədə çox dərin biliklərə sahib idilər. Onlar dörd əsas ünsürün adını çəkirdilər: torpaq, su, hava və od. Bu dörd ünsürdən başqa onlar bəzən beşinci ünsürün də olduğunu deyirdilər. Ona incə enerji, efir deyilirdi. Hindlilər onu akasa adlandırırdılar. Əsl adı isə astral və ya astral işıq idi. Astral səyahət fikri keçmişə dayanır və çoxsaylı mədəniyyətlərdə öz əksini tapmışdır. Müasir "astral proyeksiya" terminologiyası 19-cu əsr filosofları tərəfindən irəli sürülmüş və təbliğ edilmişdir. Astral səyahət bəzən yuxu və ya meditasiya forması ilə əlaqələndirilir”.
Fidan Vəlisoy

Tarix: 29 sentyabr 2023
Baxış: 225

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş