Xəbər lenti
Reklam
AZAL ovçu axtarır

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Hava Limanı İstismarı Baş İdarəsi uçuşların təhlükəsizliyinin ornitoloji təminatı üzrə fəhlə axtarır.
Gender.Az bildirir ki, bu barədə AZAL-ın rəsmi saytında məlumat yerləşdirilib.
Fəhlənin vəzifə öhdəliklərinə aerodrom ərazisində piyada və avtomobillə ornitoloji tədbirlər aparılması, quşların toplanma və  yuvalanma yerini müəyyənləşdirərək ləğv etmək daxildir. İş üçün tələb olunan sənədlər siyahısında ovçuluq bileti də var.  AZAL-dan verilən məlumata görə, bu vakansiyaya zərurət hava limanı ərazisində potensial təhlükəsizlik tədbirlərinin aparılması zərurətindən yaranıb və bütün aeroportlarda bu vəzifə mövcuddur \\APA

Tarix: 02 aprel 2023
Baxış: 196

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş