Xəbər lenti
Reklam
Rektor professoru işdən çıxardı, yeni vəzifəyə təyin etdi

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda kadr dəyişikliyi olub.
Gender.Az xəbər verir ki, bu barədə institutun rektoru, tibb elmləri doktoru, professor Nazim Pənahov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, tibb elmlər doktoru, professor Zemfira Quliyeva Terapiya fakultəsinin dekanı vəzifəsindən azad olunub.
Digər əmrlə o, Tibbi kadrların təlimi şöbəsinin müdiri təyin edilib.
Qeyd edək ki, Əməkdar həkim olan Zemfira Quliyeva 2005-ci ildən Terapiya fakultəsinin dekanı vəzifəsində çalışırdı. \\Yeni Sabah
 




Tarix: 02 may 2026
Baxış: 17

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş