Zəhəri sormadan öncə doğru müdaxiləni öyrənin: İlan sancan şəxsə ilkin müdaxilə necə edilməlidir?

Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov yerli mətbuata bildirib ki, Azərbaycanda aprel ayından bu günə qədər 16 ilan sancması faktı qeydə alınıb. Azər Maqsudov vurğulayıb ki, ilan sancmalarına baxmayaraq, bu müddət ərzində ölüm halı baş verməyib.
Dünyanın bir çox ölkəsində yüksək ölüm hallarına səbəb olan zəhərli ilan sancmaları təcili tibbi yardım tələb edən çox ciddi bir vəziyyətdir. İlan sancan şəxsə ilk yardımın göstərilməsi sağ qalma və sağalma nisbətlərini əhəmiyyətli dərəcədə artırlr.
İlan sancan şəxs üçün ilkin müalicə zəhərin orqanizmə təsirini yavaşlatmaq və xəstənin tibbi yardım gözləmək qabiliyyətinə dəyən ziyanı minimuma endirmək üçün çox vacibdir. Yanlış anlaşılan ilk yardım üsulları, bəzən həyatı xilas etməkdənsə, zəhərin bütün bədənə daha sürətlə yayılmasına səbəb ola bilər. Buna görə də, bütün qəzalarda olduğu kimi, ilan sancması zamanı da ilk yardım son dərəcə şüurlu şəkildə həyata keçirilməlidir.
İlan sancması zamanı ilk yardım necə göstərilməlidir?
Zəhərli ilan sancmış insan əvvəlcə sakitləşdirilməlidir. Minimum hərəkət zəhərin qan damarları və ya limfa kanalları vasitəsilə hərəkətini ləngidir. Bununla belə, sakit və dayanıqlı vəziyyətdə tibbi yardımı gözləmək həm də müntəzəm nəfəs almağa kömək edir və şokun qarşısını alır. Tibbi yardım gələnə qədər turniket tətbiq etmədən dişlənmiş nahiyəyə təzyiq etmək qan dövranını maneə törətmədən zəhərin hərəkətini ləngidir.
İlan sancmalarında lazım olan müdaxilə növü üçün də yaranın yeri çox vacibdir. Mütəxəssislərin fikirncə, əl və ayaq xəsarətləri daha asan müalicə olunur, baş və gövdə dişləmələri isə yüksək ölüm nisbətinə görə riskli sahələr arasındadır.
İlan sancmasının yerindən asılı olmayaraq, zəhər heç vaxt əmərək çıxarılmamalıdır. Zəhərin ilk yarım saat ərzində sorma yolu ilə deyil, mexaniki olaraq boşaldılması da bədənə zərərin azaldılmasına kömək edəcək.
Adətən ilan sancan şəxsə yardım etmək istəyənlər yaranı kəsir, yaradan zəhərin soraraq atırlar. Bu, ağızdan zəhərlənməyə səbəb ola bilər və çox təhlükəli bir təcrübədir. Dişləmə yeri əvvəlcə təmiz, nəm parça ilə silməli və dişləmə yerini ürəklə eyniləşdirərək hərəkətsiz saxlamaq lazımdır. Üzüklər, sırğalar və ya bilərziklər kimi zinət əşyaları dişləmə yerindən dərhal çıxarılmalıdır.
İlan sancması ilə bağlı bütün ilk yardım tədbirləri həyata keçirildikdən sonra xəstə mümkün qədər qısa vaxt ərzində ən yaxın tibb müəssisəsinə aparılmalıdır.
İlan zəhəri dişləmə yerindən başlayaraq bədənin müxtəlif yerlərində müxtəlif reaksiyalara səbəb ola bilər. Dişləmə yerinin ətrafında sürətlə şişkinlik və qabarma zəhərli ilan sancmasına şübhə yaradır.
Zəhər qan və limfa vasitəsilə bütün bədənə yayılır. Limfa düyünlərinin qəfil böyüməsi zəhərin bütün bədənə bu şəkildə yayıldığını göstərir. İlan sancmasının ilkin sistem əlamətlərinə huşun itirilməsi, nəfəs almaqda çətinlik, ürəkbulanma və qusma, ishal, şiddətli baş ağrısı və qara sidik daxildir. Bəzi hallarda iflic, qeyri-iradi əzələ daralması və kramplar da baş verə bilər. İlan sancmasının növü zəhərin orqanizmə təsirini təyin etmək üçün vacibdir.
Gürzə dişləmələri ən təhlükəli ilan sancmalarındandır. Bu yüksək zəhərli ilanların dişləməsi dərhal və peşəkar tibbi yardım tələb edir. İlan sancmasının müalicəsi üçün xəstə dərhal tibb müəssisəsinə aparılır. İlk növbədə qan sayı və biokimyəvi parametrlər daxil olmaqla bir sıra testlər aparılır. Zəhərli ilan sancması halında, müvafiq müalicənin təyin edilməsində ilanın növü həlledici rol oynayır.
İlan zəhəri kimi tanınan antivenom, ilanın zəhər növünə uyğun bir dozada mütəxəssis həkim tərəfindən damara vurulur. Zəhərsiz olduğu bilinən ilan sancması hallarında xəstə səkkiz saat nəzarətdə olmalıdır.
İradə Cəlil, Bizimyol.info